/ / Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edib
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edib
06.07.2019 [10:17]
Səkkiz ölkənin nominasiyası Dünya İrs Siyahısına salınıb
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq və qəbul ediləcək nominasiyalarla bağlı məlumat verib. Bildirib ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin nominasiyalarının müzakirəsi iyulun 6-na keçirilib.
Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra, İsveçrə və digər ölkələrin nümayəndələri çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.
Dünya irsinin hamıya məxsus olduğunu söyləyən natiqlər qeyd ediblər ki, bu gün Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 27-si mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Bu nominasiyalardan 15-i Avropaya, 1-i isə Afrika qitəsinə aiddir.
Çıxışlarda vurğulanıb ki, obyektiv və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilməlidir.
Çıxışlarda mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin nəzərə alınması, dünya mədəni irsinin tarazlığının qorunması istiqamətində ciddi işlər görülməsinin vacibliyi və digər fikirlər səsləndirilib.
Təqdim olunan nominasiyaların bir çoxunda səhvlər tapıldığı üçün onlar müzakirədən çıxarılıb.
Müzakirələrdən sonra təqdim olunan nominasiyaların UNESKO-nun Dünya İrsi Siyahısına qəbul olunması prosesinə başlanılacaq. İlk olaraq təbiət, sonra qarışıq, ən sonda isə mədəni nominasiyalar siyahıya salınacaq.
İlk olaraq Çinin təqdim etdiyi nominasiya - Sarı dənizin sahilində Bohai boğazında, miqrasiya edən köçəri quşların təbii sahəsinin Dünya İrsi Siyahısına salınması məsələsinə baxılıb. Bu nominasiyanı 18 ölkə dəstəkləyib. Beləliklə, Çin və Koreya yarımadası arasında yerləşən bu dəniz sahilində miqrasiya edən köçəri quşların təbii sahəsi Dünya İrs Siyahısına salınıb. Bu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Bakı sessiyasında Dünya İrs Siyahısına salınan ilk nominasiyadır.
Sonra İran İslam Respublikasının təqdim etdiyi Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunub. İran tərəfinin təqdim etdiyi bu fayl Dünya İrs Siyahısına daxil edilib. Qeyd olunub ki, yaxın gələcəkdə Azərbaycan da bu nominasiyaya qoşulacaq.
Günün müzakirə edilən növbəti nominasiyası Tailandın irəli sürdüyü Ken Kraçan Milli Parkı ilə bağlı fayl olub. Gərgin keçən müzakirələrdə bu faylla bağlı iradlar bildirilib və üzv ölkələrin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
Günün ikinci yarısında sessiya işini Fransanın Austral əraziləri və dənizləri ilə bağlı nominasiyanın müzakirəsi ilə davam etdirib.
İclasda Norveç, Avstraliya, Tunis, Uqanda və digər ölkələrin nümayəndələri hazırlanmış faylı yüksək qiymətləndiriblər. Səsvermədən sonra Fransanın təqdim etdiyi nominasiya UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
İslandiyanın Vatnajökull Milli Parkı ilə bağlı hazırladığı fayl da maraqla qarşılanıb. Nominasiya iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilib və İslandiyanın təqdim etdiyi fayl UNESKO-nun siyahısına salınıb.
Təbii sahələr başa çatdıqdan sonra qarışıq sahələr üzrə nominasiyalar nəzərdən keçirilib.
Albaniyanın hazırladığı Oxrid gölü və gölün ətrafındakı ərazilər qarışıq nominasiya kimi UNESKO-nun siyahısına daxil edilib.
Sonra Braziliyadakı Parati mədəniyyəti və biomüxtəlifliyi ilə bağlı nominasiyaya baxılıb. Qərar layihəsi UNESKO-nun siyahısına daxil edilib.
Bununla da nəzərdə tutulmuş hər iki qarışıq nominasiya siyahıda yer alıb.
Daha sonra üzv dövlətlərin iştirakı ilə mədəni nominasiyaların müzakirəsinə başlanılıb.
Əvvəlcə Burkina-Fasonun qədim polad metallurgiyası ilə bağlı nominasiya nəzərdən keçirilib. Bildirilib ki, Afrikanın bu hissəsində əsrlərboyu yaradılmış qədim sənətkarlıq nümunələri bu gün də öz dəyərini qoruyub saxlayır. Bu ərazilərdə yaşayan sənətkarların XIV-XV əsrlərdə istifadə etdikləri metaləritmə sobaları müasir dünyamızda da maraqla qarşılanır. Müzakirələrdən sonra Burkina-Fasonun təqdim etdiyi nominasiya UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Sonra sessiya iştirakçıları İraqın təqdim etdiyi Babillə bağlı faylı müzakirə ediblər. Nominasiya bir sıra dəyişikliklər edilməklə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib.
Sessiya işini iyulun 6-da digər nominasiyaların müzakirəsi və qəbulu ilə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17

