Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli ilə Taleh Bağırzadənin fəaliyyətləri mahiyyətcə eynidir

Əli Kərimli ilə Taleh Bağırzadənin fəaliyyətləri mahiyyətcə eynidir

12.08.2016 [10:00]

Pərviz Sadayoğlu

Hər ikisinin fəaliyyəti radikalizmə və ekstremizmə söykənir
Azərbaycan dövlətinin inkişafı özünü “demokrat” adlandıran, antimilli xarici mərkəzlərin, erməni lobbisinin dəstəyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyə kölgə salmaq üçün bütün vasitələrə əl atan radikal müxalifət düşərgəsini narahat edir. Vaxtaşırı xaricdə baş verən terror xarakterli qarşıdurmalardan həvəslənərək ortaya düşən, anti-Azərbaycan dairələrin maliyyəsi ilə ölkəmizdə qarşıdurma, iğtişaş yaratmağa çalışan bu düşərgə təmsilçiləri Azərbaycan dövlətçiliyinə və xalqına düşmən kəsildiklərini əməlləri ilə sübuta yetiriblər. Bununla yanaşı, bu zümrə terroru, ekstremizmi özünə peşə seçənləri dəstəkləməklə də kimliklərini ortaya qoyurlar. Bunu son dövrlər yaşanan bəzi hadisələr də sübuta yetirir.
Xəbər verildiyi kimi, ötən il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı həbs edilən “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri Taleh Bağırzadə və qurumun digər üzvlərinin, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məhkəmə istintaqı davam etdirilir. Xatırladaq ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bu silahlı cinayətkar dəstə ötən il Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. Müəyyən olunub ki, Taleh Bağırzadə və digərləri dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Və bu radikal təmayüllü ekstremist qrupların fəaliyyətinin qarşısının alınması yönündə hüquq-mühafizə orqanları tərəfindən atılan uğurlu addımlar cəmiyyət tərəfindən də təqdir edilir.
Yeri gəlmişkən, avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər Etibar İsmayılov, Bəhruz Əskərov, Fərhad Babayev və Şamil Abduləliyev ifadə veriblər. Səsləndirilən fikirlər bir daha aşkar edib ki, “Müsəlman birliyi” adlı hərəkat yaradan Taleh Bağırzadə və digərləri Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin onlar polis əməkdaşlarına silahlı müqavimət göstəriblər. Qeyd edək ki, T.Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının, dövlətinin maraqlarına əks mövqe tutan, dağıdıcılığı və bölücülüyü dəstəkləyən radikal müxalifət düşərgəsi, xüsusilə də Əli Kərimli və onun nəzarətindəki kiçik qrup bu məsələdə öz mərəzindən əl çəkmir. Belə ki, istər ötən il bu hadisələr baş verən zaman, istərsə də hazırda davam edən istintaq dövründə radikallar hakimiyyət uğrunda mübarizədə hətta terrorçuları belə dəstəkləməyə hazır olduqlarını ortaya qoyurlar. Bu fakt bir daha göstərir ki, AXCP sədri Əli Kərimli və terrorçu dəstəsinin başçısı T.Bağırzadənin fəaliyyəti mahiyyətcə eynidir və hər ikisi radikalizmə və ekstremizmə söykənir.
Bəli, radikal müxalifət düşərgəsinin Əli Kərimli kimi antimilli düşüncəli, xarici dairələrin əlaltılığını həyata keçirən “liderləri” Azərbaycanda daxili siyasi sabitliyə, inkişafa qarşı cəbhə açırlar. Yuxarıda bəhs olunan qrupu dəstəkləməklə məqsədinin ölkəmizdə qarşıdurma, xaos yaratmaq olduğunu aşkar şəkildə ortaya qoyan Ə.Kərimli T.Bağırzadənin və ətrafındakı dəstənin polislə silahlı qarşıdurmaya girməsini belə danır.
Göründüyü kimi, radikal müxalifət düşərgəsinin əsas “siyasətbazlar”ından sayılan Əli Kərimlinin məqsədi məhz bu cür terrorçularla işbirliyi qurub Azərbaycanda xaos yaratmaqdır. Təsadüfi deyil ki, onun təşkilatçılığı ilə keçirilən mitinqdə belə terror təmayüllü radikal qruplaşmaların bayraqları “dalğalanır”.
Bəli, bu faktlar bir daha göstərir ki, Ə.Kərimli ölkəmizdə siyasi sabitliyə xələl gətirmək istəyən qüvvələrlə əlbir olmaq, onlarla birlikdə Azərbaycan dövlətçiliyinə qarşı təhdid yaratmaq üçün məqam gözləyir.

Paylaş:
Baxılıb: 983 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31