Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli-İsa Qəmbər “dueli” daha da qızışır

Əli Kərimli-İsa Qəmbər “dueli” daha da qızışır

20.12.2013 [09:14]

Pərviz Sadayoğlu

AXCP və Müsavat Partiyasının nümayəndələri sosial şəbəkələrdə bir-birilərinə qarşı antitəbliğatla məşğuldurlar
Yarandığı gündən yalnız radikal düşərgənin inhisarı ilə yaddaqalan, şəxsi maraqların vasitəçisinə çevrilən “Milli şura”dakı fikir ayrılığı, o cümlədən, özünü cəmiyyətə “müttəfiq” kimi təqdim edən partiya sədrlərinin əsas məqsədləri artıq tam aydınlığa qovuşmaqdadır. Bəlli olur ki, “Milli şura”da xarici antimilli dairələrə xidmət göstərmək üçün buraya üz tutan hər iki partiyanın-həm AXCP-nin, həm də Müsavat Partiyasının əsas qayəsi sadəcə satqınlıq qarşılığında maddi təminat əldə etmək idi. Bu baxımdan, onların “müttəfiqlik” nağıllarının da belə tez sona çatması qanunauyğun sayılmalıdır. İki partiya və partiya rəhbərləri arasında mübarizə artıq o qədər açıq müstəvidə gedir ki, İ.Qəmbər və Ə.Kərimli hətta keçmiş müttəfiqinin adını belə çəkmək istəmir. Bundan başqa, artıq partiya funksionerləri “müttəfiqə” qarşı aparılan antikampaniyanın arxasında məhz partiya sədrlərinin dayandığını belə deməkdən çəkinmirlər.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, hər iki partiya təmsil olunduqları düşərgədə yeni monopoliya yaratmaq üçün seçkidən sonra “Milli şura” daxilində mübarizəyə başlasalar da, hələlik son nəticə əldə olunmayıb. Yəni, bu mübarizədə Ə.Kərimli İ.Qəmbərdən bir addım öndə görünsə də, onun da hazırki “şura” layihəsi ilə kimdənsə pul alma perspektivi yoxdur. Çünki “Milli şura” layihəsinin gözlənilən hər hansı bir effekti vermədiyi və radikal düşərgənin birlik modeli kimi özünü təsdiq edə bilməməsi düşərgəyə “yardım” edən antimilli dairələrə də bəlli oldu. Şəhərin mərkəzində təyin etdiyi “təbliğat mitinqinə” adam çıxara bilməyən “birliyin” hansı perspektivə məhkum olmasını proqnozlaşdırmaq çətin deyil. Ümumiyyətlə, üç-beş nəfərin birliyi kimi xarakterizə olunan bu qurumun hazırda iki partiyanın yedəyinə çevrilməsi və həmin partiyaların mübarizə meydanına çevrilməsi isə onların əsl məqsədlərindən xəbər verir. Yəni, bu birliyin səmimiliyinin dərəcəsi düşərgədaxili münasibətlərdən də bəlli olur.
Bilindiyi kimi, ermənipərəst Rüstəm İbrahimbəyovun məhz AXCP-nin təşəbbüsü ilə satqınlar klubu olan “Milli şura”ya fəxri sədr seçilməsi Müsavat Partiyasının “müttəfiqinə” qarşı əsl münasibətini ortaya qoymasına səbəb oldu. Hətta müəyyən bir müddət hər iki tərəf münasibətlərinin normal olduğunu iddia etsələr də, son proseslər vəziyyətin daha da dramatik hal almasından xəbər verir. Yəni, sükut artıq pozulub. Hətta sosial şəbəkələrdə AXCP üzvlərinin müttəfiqlərinin “Milli şura”nı dağıtmaq istəyində olması ilə bağlı açıqlamaları yerləşdirilməkdədir. Bu fikirlər isə artıq AXCP-“Müsavat” “duelinin” yeni mərhələsinin başlamasından xəbər verir. Maraqlıdır ki, bu ittihamlara cavab verən “Müsavat”çılar bu “kampaniyanın” başında məhz Əli Kərimlinin dayandığını bildirirlər. Artıq partiyalar arasındakı söz “dueli” günü-gündən daha da böyüyür. Hətta İ.Qəmbərin bir neçə gün öncə mətbuata müsahibəsində üstüörtülü şəkildə Ə.Kərimlinin R.İbrahimbəyovun ermənipərəst dairələrlə işbirliyində olmasından xəbərdar olması haqqında dedikləri də bunu təsdiqləyir. Maraqlıdır ki, dünənə qədər Ə.Kərimlinin özü ilə müttəfiq olan İ.Qəmbər niyə bunu indi açıqlamaq “ehtiyacı duyur”? Və ya axı, Ə.Kərimli kimi İ.Qəmbər də ermənilərlə müttəfiqlik imzalamış birisidir...
Qeyd olunduğu kimi, artıq iki “müttəfiq” arasındakı çarpışmalar və düşərgədaxili marafonda önə çıxmaq istəyi qarşılıqlı ittihamların miqyasını böyüdür. Hətta artıq hər iki partiyanın “aparıcı” hesab edilən üzvləri belə bu faktı təsdiqləyirlər. Amma bir fakt dəyişməz olaraq qalır ki, artıq “Milli şura” adlı xəyanət yuvası istəsə belə effektiv fəaliyyət göstərə bilməz. Qurumun dağılması rəsmiləşmək üzrədir və düşərgə daxilində gedən mübarizədə heç kim bir addım geri qalmaq istəmir. İstər İ.Qəmbər, istərsə də Ə.Kərimli güzəştə getmək fikrində deyillər.

Paylaş:
Baxılıb: 1126 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30