/ / Bahar Muradova: Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə əməkdaşlığını daha da intensivləşdirir
Bahar Muradova: Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə əməkdaşlığını daha da intensivləşdirir
23.01.2014 [10:27]
Milli Məclisin Sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:
- Bahar xanım, Prezident İlham Əliyevin Brüsselə səfəri və ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz?
- Bu ilin əvvəlində cənab Prezident İlham Əliyevin Brüsselə səfəri, orada keçirilən görüşlər və həmin görüşlər nəticəsində toxunulan məsələlər, müzakirə edilən problemlər, tərəfdaşlar arasında əməkdaşlığın səviyyəsi və s. barədə aparılan fikir mübadiləsi bizə onu deməyə əsas verir ki, Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə əməkdaşlığını daha da intensivləşdirməkdədir. Bu, ölkəmizin getdikcə geosiyasi, geostrateji mövqeyinə uyğundur. Hesab edirəm ki, bu təşkilatla bizim əməkdaşlığımızın səviyyəsi imkan verir ki, bundan sonra da bu hədəflərə doğru daha sürətli, dinamik bir şəkildə irəliləyək. Cənab İlham Əliyevin həm Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla, həm də NATO-nun baş katibi Rasmussenlə keçirdiyi görüşdə Azərbaycanın bu qurumla da əlaqəli fəaliyyətinin müsbət dəyərləndirilməsi, ölkəmizin rolunun getdikcə artması və xüsusilə, Əfqanıstanla bağlı probemlərin, yəni, qoşunların Əfqanıstandan çıxarılması istiqamətində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin hər iki tərəfi qane etdiyi və bundan sonra həmin məsələlərə daha çox ehtiyac olduğunun vurğulanması və s. əməkdaşlığın getdikcə genişlənəcəyinə işarədir. Cənubi Qafqazda gedən proseslərdə Azərbaycanın getdikcə artan rolu, lider dövlətə çevrilməsi, iqtisadi, siyasi və hərbi imkanlarının getdikcə bu standartlara daha uyğun gəlməsi bizi çox sevindirir. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşması istiqamətində atılan addımlar və bu sahədəki əməkdaşlığın genişlənməsi bundan sonra da intensivləşəcək. Düşünürəm ki, bu səfər zamanı həmin qurumların rəsmilərinin Azərbaycan haqqında söylədikləri fikirlərin də çox böyük əhəmiyyəti vardır. Hesab edirəm ki, 2014-cü ilin əvvəlində keçirilən bu görüş hər iki təşkilatla münasibətlərimizin zamanın və Azərbaycanın maraqlarının tələb etdiyi səviyyəyə uyğun olduğunu göstərir.
- ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahat olduğunu bildirib. Amerikalı həmsədr öz şəxsi “Twitter” səhifəsində bildirib ki, təmas xəttində zorakılıq və gərginlik münaqişənin danışıqlar yolu ilə nizamlanması üzrə səylərə mənfi təsir edir. Siz bu barədə nə düşünürsünüz?
- ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir müddət əvvəl çox ciddi, müsbət çalarlı fikirləri var idi. Beləcə, mən onun bu nikbinliyinin nəyə əsaslandığını, nədən qaynaqlandığını başa düşə bilmirdim. Düşünürəm ki, bu cür ciddi insanlar, fiqurlar istər nikbin ruhlu, istərsə də bədbin ruhda olan fikirlərini ifadə edərkən həddən artıq ciddi olmalı və ölçülü, çərçivəli münasibət bildirməlidirlər, ki sonradan belə hadisələr zamanı nə onlar, nə də ki, onların fəaliyyətini, açıqlamalarını, bəyanatlarını gözləyən insanlar məyus olmasınlar.
- Bildiyiniz kimi, artıq “Milli şura” daxilində parçalanmalar, qarşıdurmalar səngimək bilmir. Bu ərəfədə qurum daxilində daha bir Koordinasiya şurasının yaradılması, sizcə, nə deməkdir?
- Radikal müxalifətin bundan sonrakı fəaliyyətində hansısa uğuru qazanacağını nə mən, nə də başqa birisi düşünmür. Əlbəttə, nəticəsizliyin özü də bir nəticədir. Amma bu nəticəsizlik və bunun nəticə hesab olunması müxalifətə heç nə vəd etmir. Radikal müxalifətin, xüsusilə onlar arasında bu gün çox açıq mübarizə müstəvisinə keçmiş münasibətləri hər zaman mövcud idi. Bu, Azərbaycan vətəndaşları üçün sirr deyildi. Ona görə də, bu günə qədər həmin insanların və onların cəmləşdiyi bu qurumların bir-birinin ardınca iflasa uğraması heç kəsdə təəccüb doğurmayıb, əksinə hamı bunu qanunauyğun bir nəticə kimi qəbul edir. Düşünürəm ki, Azərbaycan vətəndaşları haqlı olaraq ölkəmizin inkişaf yoluna inanırlar.
- Son olaraq, Milli Məclisin yaz sessiyasının gündəliyində duran məsələlər haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, yanvarın 15-dən etibarən komitələr öz fəaliyyətlərini bərpa ediblər. Bu ayın sonuna kimi isə bütün komitələrdə yaz sessiyasının qanunvericilik işləri planına daxil olunacaq məsələlər müzakirə olunacaq. Sonda isə həmin sənəd təsdiq üçün parlamentin yaz sessiyasının birinci plenar iclasına tövsiyə olunacaq. Hal-hazırda bu məsələlər üzərində işlər gedir. Eləcə də, ötən sessiyadan qalan qanunvericilik işləri planında yer almış qanun layihələri bura daxil ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

