Siyavuş Novruzov: Müxalifət gənclərin tərbiyəsini pozur
11.06.2014 [09:14]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Teleqraf.com-un suallarını cavablandırıb:
- Siyavuş müəllim, partiyanız yayda necə fəaliyyət göstərəcək? Xüsusi proqramlarınız varmı?
- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərə qədər biz boş oturmayacağıq. YAP-ın gənc üzvləri üçün yay məktəbləri təşkil edəcəyik. Hazırladığımız layihələrdən 800-dən artıq gəncin yararlanması nəzərdə tutulub. Proqramların həyata keçirilməsi üçün işlər aparılır. Nəzarət Təftiş Komissiyasının üzvləri rayonlarda təftiş işləri aparırlar, komissiyalar üzərlərinə düşən işləri həyata keçirirlər. Yaxın vaxtlarda yay məktəbləri işə başlayacaq.
- Yay məktəbləri ilə bağlı yeniliklər olacaqmı?
- Bu dəfə yay məktəblərinin təqdimatlarını gənclər edəcəklər. Tanınmış dövlət məmurları, deputatlar, nazirlər, YAP rəhbərliyində təmsil olunan insanlar gənclərlə görüşəcək, söhbətlər edəcəklər. Amma moderatorluğu gənclər özləri edəcəklər. Həm Bakıdan, həm də regionlardan olan gənclər bu məktəblərdə fəal iştirak edəcəklər.
- Digər siyasi partiyalarla görüşlər gözlənilirmi?
- Biz digər siyasi partiyaların elə bir fəaliyyətini görmürük ki, oturub hansısa məsələnin müzakirəsini aparaq. Qəzet üzərində fəaliyyət göstərirlər. Parlamentdəki partiyalarla münasibətimiz normaldır. YAP-ın partiyalarla iş üzrə komissiyası var. Həmin komissiya siyasi partiyalarla bir neçə görüş keçirib. Təkliflər sistemləşdirilib. Bu istiqamətdə işlər davam etdirilir.
- Niyə siyasi partiyaların hamısı yay məktəbləri təşkil etmirlər?
- Bu, istəklə, məqsədlə bağlı olan məsələdir. Parlamentdə təmsil olunan partiyalar dövlətdən maliyyə alırlar. Həmçinin, üzvlük haqqı yığırlar. İstəsələr, yay üçün xarakterik olan proqramlar həyata keçirə bilərlər. Görünür, mənimsəmə hallarına yol verdikləri üçün belə proqramlar həyata keçirmirlər. Müxalifət partiyaları gənclərə meydan vermirlər. Siyasi biliklərini, imkanlarını realizə etmək üçün imkanlar yaratmırlar. Siyasi partiyaları monopoliyaya alıblar. 5-6 adam yığışıb partiyaları gəlir mənbəyinə çeviriblər. Onlar nəinki prezident, heç bələdiyyə seçkilərində də səs ala bilməyəcəklər. Çünki sosial bazaları yoxdur.
- Müxalifət partiyalarının gənclərinin maarifləndirici layihələrdən kənarda qalması, həmçinin, hakimiyyəti narahat etməlidir. Çünki siyasi cəhətdən təkmilləşməyən gəncləri olan partiyaların hakimiyyətə gəlməsi dövlət üçün fəsadlar yarada bilər...
- Müxalifətin hakimiyyətə gəlmək imkanları yoxdur. Ona görə də, bu barədə danışmaq düzgün deyil. Bizim yay məktəblərinin proqramları çox zəngindir. İKT proqramları tədris olunacaq. Digər maarifçilik işləri aparılacaq. Yay məktəblərindəki gənclər sonradan qruplar yaradırlar, dostluq edirlər. Sosial şəbəkələrdə fəallıq göstərirlər. Həmçinin, siyasi bacarıqlarını, liderlik keyfiyyətlərini artırırlar. Bu proseslər intensiv şəkildə, intellektual müstəvidə aparılır. Biz gəncləri Azərbaycanın gözəl guşələrinə aparırıq, onlara siyasi mədəniyyəti, elm, bilik öyrədirik, savadlandırırıq. Müxalifət isə gəncləri küçələrə çıxarır, onların tərbiyəsini pozur, qeyri-qanuni aksiyaya cəlb edir. Həmin gənclər heç bir təqsiri olmaya-olmaya, partiya rəhbərlərinin səhv yola yönəltmələri üzündən cinayət məsuliyyətinə cəlb olunurlar. Valideynlər partiya rəhbərlərindən soruşmalıdılar ki, nəyə görə gəncləri elmə, tədrisə deyil, aksiyalara, polislə qarşıdurma yaratmağa yönəldirsiniz? Nəticədə o uşaqlar həbs olunurlar, gənclik illərini dəmir barmaqlıqlar arasında keçirirlər.
- Sizin layihələrdən müxalifətçi gənclər də yararlana bilərlərmi? Yəni yay məktəblərində müxtəlif siyası baxışları bölüşən gənclər arasında polemikalar təşkil etmək mümkündürmü?
- Biz bu dəfə əməkdaşlıq etdiyimiz xarici siyasi partiyalardan olan gəncləri ölkəmizə dəvət edəcəyik. Beynəlxalq təcrübəni öyrənmək və paylaşmaq baxımından xaricdən qonaqlar dəvət edəcəyik. Gələcəkdə partiyalar arasında dialoq olarsa, gəncləri də bu prosesə cəlb edə bilərik. Belə bir proqram işlənilib, amma tətbiq olunmayıb.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19

