Biz heç vaxt qeyri-qanuni yerlərə sənəd verə bilmərik
31.10.2009 [11:23]
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov SİA-ya eksklüziv müsahibə verib:
- Qərib müəllim, Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar keçiriləcək İşçi Qrupunun görüşü nə vaxta planlaşdırılıb?
- Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üçün ekspertlər səviyyəsində dəqiqləşdirmələr aparılır. Rusiya ilə Azərbaycan arasında sərhədlərin uzunluğu 390 kilometrdir. Azərbaycan və Rusiya sərhədlərinin müəyyənləşdirilməsi üçün iki ölkə arasında dövlət komissiyaları fəaliyyət göstərir.
Hələlik, hər iki ölkənin sərhədyanı ərazisinin 95 faizi razılaşdırılıb, təxminən 3 sahə isə razılaşdırılmamış qalıb.
Bunlardan biri “stık” adlanan ərazidir. Bu, Balakən rayonunun ərazisində Rusiya, Gürcüstan və Azərbaycanın sərhədlərinin birləşdiyi yerdir.
İkinci, “Su qovşağı” adlanan ərazidir, orada da böyük bir iş qalmayıb, ekspertlərin müəyyən rəyləri var.
üçüncüsü isə, Xaçmaz rayonu ərazisindəki meşə sahəsidir.
Biz artıq bununla bağlı Rusiyada səfərdə olmuşuq və müzakirələr aparmışıq. İndi biz Rusiyadan nümayəndə heyətini gözləyirik. Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün mütəxəssislər razılaşdırılmamış ərazilərdə olublar.
Rusiya nümayəndə heyəti gələndə yenidən ekspertlər səviyyəsində iş aparılacaq. Diplomatik kanallarla görüşün vaxtı dəqiqləşdirildikdən sonra razılaşdırılmamış ərazilərin müəyyənləşdirilməsi həllini tapa bilər.
Qeyd etmək istərdim ki, İşçi Qrupunun görüşləri bizdən asılı məsələ deyil. Bizim işimiz İşçi Qrupunun görüşünə aidiyyatı məsələləri hazırlayıb daxil etməkdir. Əvvəlki tapşırıqlar əsasında araşdırmalar aparılır və hər iki tərəfin təklifləri hazır olduqdan sonra diplomatik yolla görüşün vaxtı müəyyənləşir. Qarşı tərəfdən vaxt müəyyən olunduqdan sonra biz görüşəcəyik.
- Bəs Gürcüstanla sərhədlərin razılaşdırılması məsələsi nə yerdədir?
- Gürcüstanla da sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar davam etdirilir. Artıq mütəxəssislər razılaşdırılmamış ərazilərdə olublar. Delimitasiya üzrə Azərbaycan-Gürcüstan komissiyasının daha bir iclasının keçirilməsi nəzərdə tutulur. Gürcüstanla Azərbaycanın sərhədləri 490 kilometrdir, bunun 300 kilometri razılaşdırılıb.
Təxminən 190 kilometr ərazi qalır ki, onunla bağlı da komissiya səviyyəsində həm Gürcüstan, həm də Azərbaycan tərəfindən işlər aparılır. Hər iki tərəfin iştirakı ilə ekspertlər səviyyəsində iş davam etdirilir.
Gürcüstanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı materiallar artıq hazırdır və müzakirələr aparılması üçün biz Gürcüstan nümayəndələrinin səfərini gözləyirik. Komissiya bu məsələləri müzakirə etdikdən sonra qərar qəbul edilə bilər.
- Xaçmaz rayonunun Xraxoba və Uryanoba sərhəd kəndləri sakinlərinin Azərbaycan vətəndaşlığının olmaması üzündən torpaq problemləri mövcuddur. Həmin kəndlərdə torpaq islahatlarının aparılması gözlənilirmi?
- Bəli, bu barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Müraciətlərdə onlar Azərbaycan vətəndaşlığını qəbul etdiklərini qeyd ediblər. Belə olan təqdirdə, müvafiq qurumların rəhbərləri, daha doğrusu, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev xüsusi göstəriş verib.
Bizim mütəxəssislər müvafiq yerlərdə vəziyyətlə yaxından tanış olub və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə ziddiyyətli məqamlar araşdırılıb. Bununla bağlı islahat aparılması zəruri hesab olunan Xraxoba və Uryanoba kəndlərində müvafiq tədbirlər görülür. Hazırda işlər bu gün də davam edir.
- Qərib müəllim, bütün bu problemlərin yaranması Rusiya-Azərbaycan arasında mövcud olan razılaşdırılmayan sərhəd əraziləri məsələsi ilə bağlıdırmı?
- Yox, bu sərhəd predmeti deyil, SSRİ vaxtında bilirsiniz ki, Rusiyadan və Dağıstandan vətəndaşlar öz mal-qaralarını Sabirabada, Saatlıya, Biləsuvara və digər rayonların ərazisinə gətirərək orada qışlama dövrünü keçirirdilər. Yayda isə bizim təsərrüfatçılar Dağıstanda yay otlaqlarına gedirdilər. Belə maldarlıq düşərgələri olan yerlərdə elə olur ki, uzun müddət yol gələn insan da, heyvan da yorulur.
Nəticədə köçəri maldarlıq təsərrüfatı ilə məşğul olan insan həmin ərazidə düşərgə salıb, dincəlir. Bəzən elə olur ki, həmin ərazilərdə onlar kənd salırlar. Hətta onların orada qəbiristanlıqları da var. Amma bütün bunların heç bir hüquqi əsası yoxdur.
Onların ciblərində Rusiya Federa
siyasının pasportu var və Rusiya vətəndaşlarıdırlar. Halbuki, bu yerlər sərhəd xəttindən 6-70 kilometr aralıda yerləşir. Vətəndaşlarımız dəfələrlə bizə müraciətlər ediblər ki, köçərilər yerli Azərbaycan vətəndaşlarının təsərrüfat işlərinə mane olurlar. Həmin yerlərdə oturublar və heç bir vergi ödəmək istəmirlər. Hətta onların torpaqla bağlı sərəncamı belə Xaçmaz rayon İcra Hakimiyyəti başçısı tərəfindən xəbərsiz verilir. Ona görə də, bu şəxslər yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra biz onlara hüquqi baxımdan qayğı göstərəcəyik.
- Bəzi bələdiyyələr tərəfindən vətəndaşlara qanunla icazə verilməyən yerlərdə torpaq sərəncamlarının verilməsi faktları mövcuddur. Bu məsələyə münasibətiniz necədir?
- Bilirsiniz, biz həmişə bu məsələ ilə bağlı narahatçılığımızı bildirmişik. Qanun hər kəs üçün eynidir. Ona görə də, o tipli yerlərdə, bəzi bələdiyyələr qeyri-qanuni olaraq qonşu bələdiyyənin yerinə sərəncam verir. Qanunla qadağan olunan yerlərdə, kommunikasiya, elektrik xətti, neft boru kəməri, su və qaz kəmərləri olan ərazilərə qeyri-qanuni olaraq sərəncam verirlər. Vətəndaşlar bilməlidir ki, qanunla icazə verilməyən yerlərdə ev tikmək olmaz.
Onlar elə bilirlər ki, bələdiyyənin sərəncamı vətəndaşa tam hüquqi təminat verir. Amma əslində, elə deyil, bunun hüquqi əsası yoxdur. Bələdiyyənin sərəncamı, sadəcə olaraq, ilkin bir addımdır. Onun doğruluğu üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi araşdırma aparır və əgər qanuna müvafiqdirsə, o zaman ona həmin satışa çıxarılan ərazinin plan ölçüsünü verir.
Hazırda bu cür faktlar mövcuddur və biz müvafiq orqanlara vaxtaşırı məlumatlar veririk. Təbii ki, biz elə yerlərə sənəd vermirik. Bu cür hallarda isə vətəndaş başlayır söz-söhbət yaratmağa, xoşagəlməz söhbətlər danışırlar. Biz heç vaxt qeyri-qanuni yerlərə sənəd verə bilmərik.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55

