/ / Yaşadığımız indiki tarixi günlərdə vətəndaşlarımız koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün bütün qaydalara ciddi şəkildə əməl etməlidirlər
Yaşadığımız indiki tarixi günlərdə vətəndaşlarımız koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün bütün qaydalara ciddi şəkildə əməl etməlidirlər
27.10.2020 [09:21]
Milli Məclisin deputatı Müşfiq Məmmədli www.yap.org.az saytına müsahibə verib:
- Müşfiq müəllim, məlum olduğu kimi, növbəti dəfə cəbhədə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfi yenə də bu razılaşmanı kobud şəkildə pozdu. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, işğalçı Ermənistan yenə də öz təcavüzkar xislətinə uyğun olaraq növbəti dəfə razılaşdırılmış humanitar atəşkəsə əməl etmədi. Erməni hərbi birləşmələri 26 oktyabr tarixində saat 08:05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini, eləcə də Tərtər, Ağdam, Daşkəsən və digər bir sıra ərazilərimizi ağır silahlardan atəşə tutur.
Artıq üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə məhəl qoymur və onu açıq şəkildə pozur. Bu fakt növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Bilirsiniz ki, Ermənistanın baş naziri bir neçə gün öncə bildirmişdi ki, münaqişənin diplomatik həlli yoxdur və atəşkəsin pozulması da ermənilərin bu mövqeyinin göstəricisidir. Azərbaycan isə öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Rəsmi qurumlarımızın bəyan etdiyi kimi, atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Ümumiyyətlə, bu gün qəsbkar ermənilərin sonu çatdığından hər cür azğınlığa, insanlığa sığmayan ən dəhşətli və ağlagəlməz cinayətlərə əl atırlar. Döyüş meydanında Azərbaycan Ordusu ilə qarşı-qarşıya döyüşdə acı məğlubiyyətə düçar olan düşmən, bu məğlubiyyətinin əvəzini dinc əhaliyə insalıqdan çox-çox uzaq olan cinayətlər törətməklə həyata keçirirlər. Bu gün azğın düşmən cəbhə xəttindən uzaqda olan şəhər və yaşayış məntəqələrində dinc əhalini atəşə tutaraq körpə, yeniyetmə, qadın, yaşlı demədən qanlı terror və qırğın törədirlər. Bunun bir adı var. Bu da insanlığa qarşı vəhşilikdir. Çox təəssüf ki, beynəlxalq aləm hər zaman olduğu kimi terrorçu, faşist Ermənistanın bu qanlı cinayətini görməməzlikdən gəlir və susqunluq nümayiş etdirir. Dünya birliyinin bəşəriyyətə, insanlığa qarşı olan bu dəhşətli cinayətlərə susması sadəcə insanlarda qəzəb və nifrət hissi yaradır.
- Sizcə, beynəlxalq ictimaiyyət bu məsələdə nə üçün susqunluq nümayiş etdirir? İşğalçı Ermənistanı cəzalandırmır?
- Dünya birliyi təxirəsalınmadan bu dəhşətli cinayəti həyata keçirən təcavüzkar Ermənistanın siyasi və hərbi rəhbərliyini beynəlxalq məsuliyyətə cəlb etməli və onların layiqli cəzasını verməlidir. Əks təqdirdə, bu əməllərinə görə qəsbkar Ermənistanın siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayətin məsuliyyətini birlikdə bölüşmüş olurlar.
Əgər beynəlxalq aləm terrorçu erməniləri cəzalandırmayacaqsa, o zaman Azərbaycan özü terrorçuları törətdiyi dəhşətli cinayətlərə görə cəzalandıracaq və bu cəza cənab Prezidentin dediyi kimi çox ağır olacaq. Necə ki, bu gün bunu real həyatda tətbiq etməkdədir.
- Müşfiq müəllim, indiki şəraitdə ciddi narahatlıq doğuran məqam koronavirus infeksiyasının geniş yayılmasıdır. Vətəndaşlar virusun sürətlə yayılmasının qarşısını almaq üçün qaydalara nə dərəcədə əməl edir?
- COVID-19 pandemiyasına yoluxma halları ilə bağlı statistikanın artması çox narahatlıq doğurur. Ona görə də, hər bir vətəndaşımız vəziyyətin ciddiliyini nəzərə almalıdır. Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi üçün uğurlu əks-hücum əməliyyatları apardığı bir vaxtda vətəndaşlarımız daha məsuliyyətli və diqqətli olmalıdır. Çünki indiki vaxtda yoluxma hallarının artması ölkəni çox çətin sınaqlar qarşısında qoya bilər. İndi hər bir azərbaycanlı əsgərlərimizə dəstək olmağa çalışır. Ancaq vətənpərvərlik, həm də vətəndaş məsuliyyəti deməkdir. Biz ərazi bütövlüyümüz uğrunda canlarından keçməyə hazır olan, döyüş bölgəsində əsl fədakarlıq göstərən gənclərimizin sağlamlığını düşünməliyik. Düşünməliyik ki, tendensiya bu cür davam etsə bu, onların mənəvi-psixoloji durumuna necə təsir göstərə bilər? Səhiyyəmiz hansı çətinliklərlə üz-üzə qala bilər?
Bilirsiniz ki, Azərbaycanın bütün müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətinin təmsilçiləri ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmək üçün mütəmadi və sistemli iş aparır. Təəssüf ki, görülən işlərə, edilən xəbərdarlıqlara ictimai münasibət arzuolunan səviyyədə deyil. Əslində, vətəndaşlardan mümkün olmayan nəsə tələb edilmir. Sadəcə, fiziki məsafə, tibbi qoruyucu vasitələrdən istifadə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan bəzi məhdudiyyətlərə riayət etmək lazımdır. Bu, həm bizim Vətən müharibəsində qələbəmiz, həm də koronavirusla mübarizədə uğur qazanmağımız üçün həyati əhəmiyyət daşıyır.
Ona görə də, mən Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi, bir həkim kimi çağırış edirəm ki, bütün vətəndaşlar tarixi günlər yaşadığımız bir vaxtda öz məsuliyyətini dərk edərək koronavirusun geniş yayılmasının qarşısını almaq üçün bütün qaydalara ciddi şəkildə əməl etməlidir. Əks-halda virusun sürətlə yayılması bizə məlum olan ciddi problemlər yaradacaq. Belə olanda isə hökumət yenidən daha sərt tədbirlər həyata keçirməyə məcbur ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

