Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
12.04.2024 [13:15]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında potensial sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Xüsusilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Bununla yanaşı, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma, turizm sahələri də daxil olmaqla, iqtisadiyyatın digər istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazirlər, iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası Komissiyanın 2023-cü il mayın 15-də baş tutmuş 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıblar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
Nazirlər həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma məsələlərini, Belarusun prosesə mümkün töhfələrini müzakirə ediblər. Ceyhun Bayramov həmkarı həmçinin bölgədə mövcud mina təhdidi barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

