Fransa iqtisadi problemlər burulğanında...
05.06.2024 [10:30]
Son vaxtlar Fransanın daxilində ciddi təbəddülatlar müşahidə edilir. Ölkə tez-tez müxtəlif peşə sahiblərinin kütləvi tətilləri ilə silkələnir. İqtisadiyyatda geriləmələrə və ciddi narazılıqlara yol açan belə mənfi proseslərin əsas səbəbi kimi isə prezident Emmanuel Makron hökumətinin səriştəsizliyi ilə izah olunur. Bu günlərdə isə Yelisey Sarayı üçün növbəti bəd xəbər “Standard & Poor’s” reytinq agentliyindən gəlib. Qurum mayın 31-də yaydığı son hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb.
Hökumətdən iqtisadi tənəzzül anonsu
“Standard & Poor’s” reytinq agentliyinin son hesabatının təfərrüatlarına keçməzdən öncə onu qeyd edək ki, Fransa hakimiyyətinin özü də milli iqtisadiyyatda pisləşmə meyllərinin fərqindədir. Sadəcə, hökumət üçün bunun izahını vermək çətindir. Belə ki, Makron müxtəlif auditoriyalarda ölkəsinin Avropa İttifaqı (Aİ) məkanının ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu bildirir. O bu amildən istifadə etməklə Fransanın Aİ-nin əsas drayver qüvvəsi olduğunu əsaslandırmağa və əlavə imtiyazlar qazanmağa çalışır. Reallıq isə Makronun pafoslu iddialarının əksini deyir. İqtisadi komanda rəqəmlərə istinad edir. Statistik göstəricilər isə Fransa iqtisadiyyatının artımını deyil, dayanıqlığının azalmasını təsdiqləyir. Buna görə də hələ “Standard & Poor’s” reytinq agentliyinin son hesabatından xeyli müddət əvvəl hökumətdəki mənbələr iqtisadi tənəzzül meyllərinin anonsunu edirdilər. Belə xəbərlər bir növ nəbz yoxlamaq və müəyyən ictimai rəy formalaşdırmaq məqsədi daşıyırdı. Məsələn, Fransanın iqtisadiyyat naziri Bruno Le Maire hələ cari ilin fevral ayında bildirmişdi ki, hökumət iqtisadi artımla bağlı proqnozlarını aşağıya doğru dəyişmək məcburiyyətində qalıb. Bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır.
Fransa hökuməti cari il üçün 1,4 faiz həcmində iqtisadi artım proqnozlaşdırmışdı. Nazir Bruno Le Maire isə öz açıqlaması ilə bu proqnozun yerinə yetirilməyəcəyinə zəmin hazırladı. “İqtisadiyyatımızın artımı 1 faiz səviyyəsində qalacaq. Biz geosiyasi konteksti - Yaxın Şərqdəki hadisələri, həmçinin Çində və Almaniyadakı iqtisadi prosesləri nəzərə almalıyıq”, - deyə nazir vurğulayıb.
Nazirin bu anonsunu əslində özünəbəraət kimi səciyyələndirmək daha doğru olardı. Komanda sürətlə dəyişən geosiyasi və geoiqtisadi vəziyyətlə ayaqlaşa bilmir, yeni çağırışlarla adekvatlıq təşkil edən tədbirlər görməkdə, transformasiyaları operativ qaydada həyata keçirməkdə acizdir. Belə olan halda Yelisey Sarayı üçün iqtisadi tənəzzül meyillərinin qlobal iqtisadiyyatda baş verən proseslərlə əlaqələndirlməsi ən asan “çıxış yolu”dur.
“Standard & Poor’s” reytinq agentliyindən Makron hökumətinə tərs sillə
Hökumətdəki mənbələrin iqtisadi tənəzzül anonsunun təsdiqlənməsi üçün çox gözləmək lazım gəlmədi. “Standard & Poor’s”un açıqlamasında Fransanın uzunmüddətli suveren borc reytinqinin “AA” səviyyəsindən “AA -”yə qədər aşağı salındığı bildirilib. ABŞ-ın reytinq agentliyi bu qərarı ölkənin ciddi iqtisadi problemləri ilə izah edib.
“Standard & Poor’s” xəbərdarlıq edib ki, Fransada siyasi parçalanma hökumətin dövlət maliyyəsini tarazlaşdırmaq üçün planlaşdırılan islahatları həyata keçirməsini çətinləşdirəcək və büdcə kəsiri 2027-ci ildə ÜDM-in planlaşdırılan üç faizindən də yuxarıda qalacaq.
Beləliklə, ekspertlər qeyd edirlər ki, Makron hökumətinin yarıtmaz siyasəti nəticəsində S&P 2013-cü ildən bəri Fransanın reytinqini ilk dəfə aşağı salıb və Aİ-nin ikinci ən böyük iqtisadiyyatı Çexiya və Estoniya ilə bərabər səviyyəyə enib.
S&P-nin qərarı aşağı iqtisadi artım və yüksək xərclərdən sonra Fransa prezidenti Makron üçün pis nəticələr verəcək. Reytinqlərin aşağı salınması riski bir neçə rübdür ki, göz qabağında idi, əvvəlki “AA” qiymətləndirməsi də mənfi proqnozla nəticələnib. Belə ki, 2023-cü il üçün dövlət büdcəsi kəsirinin gözlənilən 4,9 faiz əvəzinə, Ümumi Daxili Məhsulun (ÜDM) 5,5 faizinə düşməsi iqtisadi vəziyyəti pisləşdirib. Agentlik əlavə edib ki, Fransanın ümumi dövlət borcu 2023-cü ildəki 109 faizdən 2027-ci ilə qədər ÜDM-in təxminən 112 faizinə yüksələcək.
“Standard & Poor’s” reytinq agentliyinin son hesabatı Fransa cəmiyyətində ciddi rezonans doğurub. Ekspertlər sənədi çox doğru olaraq Makron hökumətinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirirlər. Sual belə qoyulur: Bundan sonra Makron hansısa bir auditoriya qarşısında Fransanın iqtisadi dayanıqlılığı barədə necə qürrələnəcək?
Fransanı silkələyən tətillər
İqtisadi tənəzzül fonunda Fransada tətillər də davam edir. Xüsusilə də fermerlər hökumətin apardığı aqrar siyasətə kəskin etirazlarını bildirirlər. Hökumətin göstərişləri əsasında reallaşdır?lan “islahatlar“ əslində fermerlər üçün ciddi maneələr yaradır və onların gəlir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bir qədər bundan əvvəl fermerlərin əyalətlərdə yerli idarəetmə orqanlarının qarşısında təşkil etdikləri peyin inqilabı bütün dünyada Fransanın imicinə ciddi zərbə oldu. Ölkəni üfunət bürümüşdü. Cari ilin fevral ayında isə fermerlər prezident Makronun paytaxt Parisdə qatıldığı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə açılışdan əvvəl basqın ediblər. Təklifləri nəzərə alınmayan, səsləri heç yerdə eşidilməyən fermerlər məcburiyyət üzündən “Makron siyasətinə qarşı peyin inqilabı” kimi son tədbirə al atıblar.
May ayının sonunda və iyunun əvvəlində isə Fransada etirazların yeni dalğasına start verilib. Bu dəfə tətillər səhnəsində fermerlərlə yanaşı, əczaçılar da yer alıblar. Mayın 30-da baş tutan tətillərdə ölkə üzrə apteklərin təxminən 90 faizi bağlanıb. Bu, son on ildə əczaçıların ölkədə keçirdiyi ən böyük aksiyadır. Təşkilatçılar bildiriblər ki, mayın 30-da ölkədəki 20 min 500 aptekin təxminən 18 mini bağlı qalıb. Aksiya iştirakçıları hökumətdən dərman qıtlığı ilə mübarizə planını, həmçinin əməkhaqlarının artırılmasını tələb edirlər.
İyunun ilk günlərində isə fermerlər yenidən etirazlara başlayıblar. Budəfəki aksiyalara qonşu İspaniyadan olan fermerlər də qoşulublar. Belə ki, Fransada aqrar sahə təmsilçiləri tərəfindən yaradılan “Ultras de l’A64” cəmiyyətinin çağırışı ilə iki ölkənin fermerləri Fransa-İspaniya sərhədində bir araya gəliblər. Fermerlər kənd təsərrüfatı sektorunda iş şəraitinin yaxşılaşdırılmasına kömək tələbi ilə traktorları ilə yolu bağlayıblar. O cümlədən Oksitaniya bölgəsində, Yuxarı Pireney, Yuxarı Qaron, Ariege və xüsusilə Şərqi Pireney adaları daxil olmaqla 7 ünvanda yol nəqliyyat üçün bağlanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

