Adları Əli, Cəmil deyil, sadəcə xainlərdir
07.10.2024 [16:08]
Mir Şahin Ağayev: “Onlar siyasətlə yox, xəyanətlə məşğuldurlar”
“Eyni mövzuya iki gün ardıcıl müraciət etdiyim yadıma gəlmir. Bu dəfə belə etməyimin çox ciddi səbəbi var. Son siyasi-mənəvi nəfəsini yaşamaqda olan qaragüruhçu izdivacın, Əli Kərimli-Cəmil Həsənli tandeminin antidövlət xətti. Azərbaycana qarşı misilsiz təzyiq, təhdid hərəkatına başlamış ABŞ və ona əlaltılıq edən dövlətlərə ümumxalq cavabı tələb olunduğu bir zamanda açıq xəyanət yolu tutan, okeanın o tayından üzərimizə gələn hücumlara dəstək verən bu iki nəfər əllərində olan sosial medianın imkanları ilə Azərbaycanın milli maraqlarını birbaşa nişan alır”.
Yeniazerbaycan.com xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev sosial şəbəkə hesabınbda yazıb.
“Bu “xəyanət nikahının” fəaliyyətini kimsə görməzliyə vurur, kimsə bunlara əhəmiyyət verməməyə çağırır, bir başqası isə sadəcə gözləmə mövqeyi tutur. Əli Kərimli-Cəmil Həsənli, şəxsən məndən ötrü heç bir siyasi məzmuna malik olmayan, yaşlı küçə adamı cütlüyüdür. Amma onların təhlükə yaratmadığını da zənn etmirəm. “Bu adamlar və yan-yörələrindəki fəallar mütəşəkkil cinayət fəaliyyəti ilə məşğuldurlar”-deyərdim, əlbəttə qanun izn versəydi. ABŞ konqresmenlərinin Ermənistana ən fəal şəkildə diplomatik-siyasi dəstək verdiyi, Qarabağ mövzusunu erməni marağında gündəmə gətirdiyi indiki zamanda məhz bu iki nəfər, Milli Şura adı altında əslində millət əleyhinə çıxışlar edir, öz təsir dairələrində saxladığı təcrübəsiz, məlumatsız, savadsız gənclərə antidövlət mövqe aşılayırlar. Mən sosial şəbəkələrdə hökm sürən aqressiv qara kütlə ovqatından xəbərdaram. İki gündür yeni sürətlə məruz qoyulduğum linçi də görürəm. Amma dayanmaq niyyətim yoxdur. Vətənimizə qarşı, dövlətimiz əleyhinə mübarizə aparmaqla Qarabağın yenidən Ermənistana qaytarılması prosesinə start vermiş kollektiv Qərblə eyni səngəri bölüşən, antiAzərbaycan cinahında, öz millətinə, xalqına qarşı döyüşən belə idbarlara qarşı hər kəsi öz sosial hesabından müqavimətə çağırıram. Soyuqqanlı baxmaq, laqeyd qalmaq, susmaq və gözləmək vaxtı deyil. Bu iki nəfər anlamalıdır ki, adları Əli, Cəmil deyil. Sadəcə xainlərdir! Məşğul olduqları işin də adı siyasət deyil, xəyanətdir!” - deyə M.Ağayev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

