Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Macarıstan Avropa Parlamentinin məsuliyyətsiz və birtərəfli qətnaməsini pisləyib

Macarıstan Avropa Parlamentinin məsuliyyətsiz və birtərəfli qətnaməsini pisləyib

28.10.2024 [22:18]

Macarıstan vurğulayır ki, Avropa İttifaqı həm Azərbaycana, həm də Ermənistana münasibətdə konstruktiv və balanslaşdırılmış yanaşma nümayiş etdirməlidir. Bakını pisləmək Aİ-nin Azərbaycanla Ermənistan arasında vasitəçilik roluna mənfi təsir edə, həmçinin münaqişənin sülh yolu ilə həllinə mane ola bilər.

Bu fikirləri AZƏRTAC-ın müxbirinin Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi qalmaqallı qətnamə ilə bağlı sualını cavablandıran Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray ifadə edib.

Xatırladaq ki, qətnamədə Bakı ilə diplomatik kanalların azaldılması və Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış “Energetika sahəsində strateji tərəfdaşlıq haqqında” qarşılıqlı anlaşma Memorandumunun qüvvəsinin dayandırılması təklif olunur. Peter Staray bununla bağlı əlavə edib: “Macarıstan əlaqə kanallarının qorunub saxlanmasına sadiq olduğundan, biz hadisələrin bu cür inkişafından narahatıq və vurğulamaq istərdik ki, hər iki tərəfin iştirakı olmadan regionun uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün həll yolu tapmaq mümkün deyil. Macarıstan hökuməti Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafının güclü tərəfdarıdır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi daha bir məsuliyyətsiz və birtərəfli qətnaməni pisləyir”.

Paylaş:
Baxılıb: 392 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31