“İranın Azərbaycan dövlətinə etiraz bildirməsi əsassızdır”
02.04.2013 [01:44]
“Çağdaş Güney Azərbaycanın sabahı” tədbirini QHT-lər keçirib, həmin konfransın dövlətə heç bir aidiyyəti yoxdur. İranın Azərbaycan dövlətinə etiraz bildirməsi əsassızdır”. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytına belə deyib.
O, qeyd edib ki, müxtəlif otellərdə, ofislərdə təşkil olunan tədbirlər haqda əvvəldən dövlətə məlumat verilmir və “Çağdaş Güney Azərbaycanın sabahı” konfransı barədə də hakimiyyət orqanlarına heç bir məlumat verilməyib: “Təşkilatçılar yer icarəyə götürüb tədbirlərini keçiriblər. Orada iştirak edənlər isə müxtəlif partiyaların, təşkilatların nümayəndələri, politoloqlar, ekspertlər olub. Tədbirdə bir nəfər də olsun dövlət rəsmisi iştirak etməyib. Azərbaycan demokratik dövlətdir və QHT-lər istədikləri tədbiri keçirə bilərlər. Hətta Bakıda Azərbaycanın əleyhinə toplantılar, konfranslar keçirilir. Hazırda Azərbaycanın İrana qarşı hansısa tədbir təşkil etməkdə heç bir marağı yoxdur”.
YAP rəsmisi bildirib ki, İranda Azərbaycan əleyhinə geniş tədbirlər keçirilir, Azərbaycana qara yaxılır, şər-böhtan atılır: “Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrini İrana çağırırlar, orada toplantılar keçirib, bəyanatlar yayırlar. Azərbaycanda yaşayan bəzi etnik qrupların nümayəndələri bir müddət əvvəl İranda yığıncaq keçirib, bəyanatlar verdilər. Erməni işğalında olan Şuşada talış dilində radionun açılmasında da İranın müəyyən rolu var. Çünki Azərbaycanda yaşayan talışlar heç bir halda ora getməzlər, radionun işində iştirak etməzlər. Bunu İran ərazisində yaşayan, bu ölkənin vətəndaşı olan talışlar edirlər. Amma bunların heç bir əhəmiyyəti yoxdur. Çünki hansı xalqın təmsilçisi olmasından asılı olmayaraq hamı bir-birinə qaynayıb-qarışıb”.
Siyavuş Novruzov hesab edir ki, “Çağdaş Güney Azərbaycanın sabahı” kimi tədbir iki ölkə arasında münasibətləri gərginləşdirə bilməz: “Bunlar xırda məsələlərdir. Sadəcə olaraq İran səksəkə içindədir və bir tədbir keçirilən kimi ona reaksiya verir. Belə səksəkəyə ehtiyac yoxdur”.
Qeyd edək ki, martın 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Bakıda, “Park İnn” otelində “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03

