/ / Azərbaycan gömrük xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi zəruridir
Azərbaycan gömrük xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi zəruridir
25.10.2013 [11:52]
Oktyabrın 24-də Bakıda Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Baş Polis İdarəsinin rəisi Mehmet Kılıçların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, S.Mehdiyev Azərbaycanın xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. O, iki qardaş ölkə arasında əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayaraq bu sıx münasibətlərin daha sarsılmaz olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu diqqətə çatdırıb.
Müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan komitə sədrinin birinci müavini istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
İki qardaş ölkənin gömrük qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirən S.Mehdiyev Azərbaycan gömrük xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, bu istiqamətdə qardaş ölkənin müvafiq qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsinin, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.
M.Kılıçlar Azərbaycana səfərindən, eləcə də respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən M.Kılıçlar iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətindən razılığını bildirib, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Türkiyəli qonaq qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində qarşılıqlı fəaliyyətin vacibliyinə diqqəti yönəldib, birgə əməkdaşlığın perspektivlərindən söhbət açıb.
Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçiriblər. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan “Hədəf” Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük proseduralarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.
Daha sonra Türkiyə nümayəndə heyəti Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində olub, buranın üstün imkanlarından, texniki təchizatından razılıqlarını bildirib.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

