35-ci Ali Səviyyəli Toplantı...
15.01.2026 [09:55]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə təşkil etdiyi tədbirdə aktual mövzular müzakirə olunacaq
Yanvarın 15-16-da İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək. Toplantı “Parçalanma və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunacaq. Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli iştirakçı - sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edəcək. Tədbir çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlığın gələcəyi və beynəlxalq sistemdə baş verən transformasiya prosesləri müzakirə olunacaq.
Tədbirdə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD), Ümumdünya Ticarət Təşkilatının (WTO), BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ali səviyyəli rəhbərləri və nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə təşkil etdiyi Ali Səviyyəli Toplantılar çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal gündəlikdə duran əsas məsələlərin müzakirəsi və beynəlxalq dialoqun gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi çıxış edir. Sonuncu - 34-cü Ali Səviyyəli Toplantıda da aktual mövzularla diqqət mərkəzində olub.
Sözügedən tədbir ötən ilin 23-26 sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub. “Multilateralizm dönüm nöqtəsində: Çağırışlar və sülhə aparan yollar” mövzusunda keçirilən toplantıda bir sıra ölkə rəhbərləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə ediblər. Bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük tədbir hesab olunaraq 50-dən çox ölkədən yüksəksəviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki Baş nazirin iştirakı ilə keçirilib.
Toplantının işində Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və İsmail Serageldin, Albaniya, Bosniya və Herseqovina, Monteneqro prezidentləri, Bolqarıstan və Andorranın Baş nazirləri, Sloveniyanın xarici işlər naziri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi, Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), UN-Habitat, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) icraçı direktorları və s. iştirak ediblər. Toplantının proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alıb. Müzakirə olunan mövzular arasında, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olub.
Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il keçirilən Qlobal Bakı Forumunun təşkilatçısı qismində də çıxış edir. Mərkəz bundan əlavə, digər beynəlxalq tədbirlərin təşkilatçısı və tərəfdaşı kimi iştirak edir. Buna nümunə olaraq, ötən il 14-15 dekabrda Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumunu göstərmək olar. “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi edib. Forum müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Mərkəzin önəmli tədbirlərə ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ona olan diqqətin ifadəsi kimi dəyərləndirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30
Hadisə
08 Fevral 21:22
Sosial
08 Fevral 20:41
Dünya
08 Fevral 20:38
Dünya
08 Fevral 19:14
Siyasət
08 Fevral 18:11
Dünya
08 Fevral 17:14
Siyasət
08 Fevral 16:39
Sosial
08 Fevral 15:32
Hadisə
08 Fevral 14:26
İdman
08 Fevral 13:21
Dünya
08 Fevral 12:41
Sosial
08 Fevral 12:04
Sosial
08 Fevral 12:02
İdman
08 Fevral 11:30
Dünya
08 Fevral 11:09
Dünya
08 Fevral 10:58
Dünya
08 Fevral 10:22
İdman
08 Fevral 09:43
Dünya
08 Fevral 09:18
Hadisə
08 Fevral 08:51
Dünya
08 Fevral 08:14
Dünya
07 Fevral 23:25
Dünya
07 Fevral 22:19
Siyasət
07 Fevral 21:51
Dünya
07 Fevral 21:23
İdman
07 Fevral 21:01
Sosial
07 Fevral 21:01
Siyasət
07 Fevral 20:26
Sosial
07 Fevral 19:15
Dünya
07 Fevral 18:33
Dünya
07 Fevral 17:25
Dünya
07 Fevral 16:40
Sosial
07 Fevral 15:50
Dünya
07 Fevral 15:17
Sosial
07 Fevral 14:43
Dünya
07 Fevral 14:29
Dünya
07 Fevral 13:32
Hadisə
07 Fevral 13:11
Gündəm
07 Fevral 12:22
Siyasət
07 Fevral 11:59
Siyasət
07 Fevral 11:32
Siyasət
07 Fevral 11:15
İqtisadiyyat
07 Fevral 10:55
İqtisadiyyat
07 Fevral 10:38
Analitik
07 Fevral 10:13
Sosial
07 Fevral 09:50
Analitik
07 Fevral 09:31
Analitik
07 Fevral 09:14
Sosial
07 Fevral 08:56
Ədəbiyyat
07 Fevral 08:33
Gündəm
07 Fevral 08:10
Dünya
06 Fevral 23:35
YAP xəbərləri
06 Fevral 23:18
Sosial
06 Fevral 22:50
YAP xəbərləri
06 Fevral 22:39
Dünya
06 Fevral 22:27
İqtisadiyyat
06 Fevral 22:14
Dünya
06 Fevral 21:48
Sosial
06 Fevral 21:32
YAP xəbərləri
06 Fevral 21:15
Dünya
06 Fevral 20:57
YAP xəbərləri
06 Fevral 20:33
İdman
06 Fevral 20:12
Dünya
06 Fevral 19:50
Sosial
06 Fevral 19:41
Dünya
06 Fevral 19:36
Sosial
06 Fevral 19:32
YAP xəbərləri
06 Fevral 19:18

