/ / Asiya Parlament Assambleyasında sədrlik rəsmi olaraq Bəhreyn Nümayəndələr Şurasına təhvil verilib
Asiya Parlament Assambleyasında sədrlik rəsmi olaraq Bəhreyn Nümayəndələr Şurasına təhvil verilib
26.01.2026 [16:05]
Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova çıxışında 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Milli Məclisinin APA-ya sədrliyi öz üzərinə götürdüyünü xatırladıb. O bildirib ki, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir. Sahibə Qafarova vurğulayıb ki, bu il - APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.
Son iki ildə görülən işlər barədə məlumat verən S.Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibinin genişləndiyini qeyd edib. Belə ki, ötən il Bakıda keçirilən 15-ci plenar sessiyada Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi statusu alıb. Həmçinin APA-da müşahidəçi statusuna malik beynəlxalq təşkilatların sayı artırılaraq, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına da müvafiq status verilib.
S.Qafarova Azərbaycanın sədrliyi dövründə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi Komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
Parlamentin sədri qeyd edib ki, dünyadakı mövcud çətinliklər və münaqişələr fonunda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi artıq seçim deyil, bir zərurətdir. Çünki qlobal sülhə və rifaha nail olmaq, ilk növbədə, xalqlar arasında etimad və qarşılıqlı anlaşmanın qurulmasından keçir. Bu mənada Asiya regionu zəngin irsi ilə böyük potensiala malikdir. Regionun müxtəlifliyi ölkələrimiz arasında bölücü xətt kimi deyil, bizi daha da yaxınlaşdıran və dialoqumuzu məzmunlu edən dəyər kimi qəbul edilməlidir.
Çıxışında bölgəmizin 2026-cı ildə ev sahibliyi edəcəyi digər mühüm hadisənin - bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan parlamentin sədri Sahibə Qafarova davamlı şəhərsalmanın qlobal inkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib. O, APA-ya üzv olan bütün ölkələri bu Forumda fəal iştiraka dəvət edib.
APA-da sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

