Sarsılmaz iradə və prinsipiallığın nəticəsi...
06.02.2026 [11:10]
Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini ən çox yaşayan ölkələrdən biri də Azərbaycandır. 1990-cı illərin əvvəlində Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən dünya birliyi buna susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il kağız üzərində qaldı. Azərbaycan beynəlxalq birlikdən bu qətnamələrin icra edilməsi üçün Ermənistana qarşı addımlar atılmasını tələb etsə də, heç bir tədbir görülmədi.
Prezident vədlərinə əməl etdi
Halbuki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunub. Çünki həmin məsələlər böyük dövlətlərin maraqlarına uyğun idi. Azərbaycan isə 27 il gözlədikdən sonra bu qətnamələri öz gücünə icra etməyə məcbur oldu. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək beynəlxalq hüququ bərpa etdi. 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Amma hər zaman beynəlxalq hüquqdan danışan bəzi böyük dövlətlər Azərbaycanın haqq işinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər. Onlar həm 44 günlük müharibə, həm də antiterror tədbirləri zamanı ölkəmizə qarşı hədə-qorxu, təhdid dili ilə danışmağa çalışdılar. Prezident İlham Əliyev isə belə təzyiqlərin qarşısını qətiyyətlə aldı.
Xatırladaq ki, İlham Əliyev hakimiyyətə gələndə bəyan etmişdi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Məhz belə də oldu. Dövlətimizin başçısı qəti iradə, prinsipiallıq nümayiş etdirdi, xalqımız qarşısında verdiyi sözə həmişə əməl etdiyi kimi, bu dəfə də vədinə sadiq qaldı. Eyni zamanda, Prezident hələ müharibədən əvvəl Xocalı soyqırımını, digər cinayətləri törədən şəxslərin mütləq ədalət mühakiməsinə cəlb olunacaqlarını, layiqli cəzalarını alacaqlarını və günahsız qurbanların qanının yerdə qalmayacağını demişdi. “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”, - deyə Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak zamanı bildirmişdi.
Xocalı faciəsinin qurbanlarının qanı yerdə qalmadı
Təbii ki, verilən vədlərin reallaşması Azərbaycan dövlətinin gücünü və ədalət prinsipinə sadiqliyini aydın şəkildə ortaya qoyur. Xalqın etimadı ilə siyasi iradənin vəhdəti ölkənin müasir tarixində həlledici rol oynadı və tarixi ədalətin bərpasına zəmin yaratdı. Qeyd etdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan bütün təzyiqlərə baxmayaraq, ərazi bütövlüyünü öz gücü hesabına təmin etdi. Prezidentin Xocalıda Dövlət Bayrağını ucaltması bu yolun mənəvi zirvəsi oldu. Dövlət başçısının qeyd etdiyi kimi, bu hadisə Xocalı qurbanlarının qanının yerdə qalmadığını və Zəfərin məntiqi sonluğunu təsdiqlədi. Prezident İlham Əliyev 2024-cü ilin yanvarında yerli telekanallara müsahibəsində söyləmişdi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Xatırladaq ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar. Fevralın 5-də onların bir qisminə hökm oxundu. Belə ki, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan isə 19 il həbs cəzasına məhkum olunublar. Digər cinayətkarlar da layiq olduqları cəzaları alacaqlar.
Beləliklə, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan torpaqlarımızın işğalında və dinc əhalinin qətlində iştirak etmiş cinayətkarların da layiqli cəzalarını verir. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eləcə də, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün bu amillər təbii ki, Azərbaycanın güclənməsini istəməyən xarici dairələrə də tutarlı cavabdır. Yəni ölkəmizin dünya miqyasında yüksək nüfuzu və güclü mövqeyi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nümunəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

