"Hidayətə fəxri ad verilsə, hamımız istefa verib gedəcəyik"
06.02.2026 [11:13]
“Boz kardinal”ın “kardinallıq” azarı”…
Yaxud
Siz kimsiniz, R. Mehdiyev?
(Əvvəli ötən saylarımızda)
Ertəsi günü – mayın 31-də günortadan sonra mənə telefon açdı:
- Dövlət Komitəsinə yeni sədr təyin olunub. Saat 5-də gəlirik təqdimata.
Heç soruşmadım kimdir? Bəs dünənki söhbətimiz?
Cümə axşamıydı:
-Təqdimatı saxlayın bazar ertəsinə. Mən yığışmalıyam. On dörd il Dövlət müşavirliyi kabinetində nə vardısa, gətirmişəm bura. Kitablar, əlyazmalar, şəxsi əşyalar...
- Prezidentin Sərəncamı bu gün icra olunmalıdır.
- Yaxşı – dedim.
Haqq-ədalət tapdananda Prezidentin Sərəncamı “dada” çatır.
Gəldi. Kollektiv nə desən gözləyirdi, bircə bundan başqa. Hamı şok içindəydi. Şöbə müdiri vəziyyəti görüb çox tutuldu, həyəcanla dedi: “Hidayət müəllim, komanda qalır, təşəkkürlər, Dövlət Komitəsində çox işlər gördüz...”.
Mən çıxış edib cənab Prezidentə minnətdarlığımı bildirdim...
İki gün sonra şöbə müdiri mənə zəng çaldı: “Səfərə gedirəm, bir həftə sonra dönəcəyəm. Siz də yorulubsunuz, bir az dincəlin, tezliklə yeni təyinatınız olar...”
İyunun 5-də isə Prezidentin sərəncamı yayımlandı: “Dövlət orqanlarında uzun illər səmərəli fəaliyyətinə görə AR Prezidentinin təqaüdü verilsin”. Mən Dövlət Komitəsindən ayrılandan beşcə gün sonra. Yəni iş məsələsi birdəfəlik qapandı.
Mehdiyev işini belə düzüb - qoşmuşdu. Ancaq neçə il qabaq məni Milli Ensiklopediyaya yola salmaq istəyəndə Mehdiyevə elə - belə deməmişdim: “Havaxt burdan getsəm, bir həftə şəhəri payi-piyada gəzib dolaşacağam və hamının gözünə düz baxacağam!”. Elə də etdim: tanımadığım adamlar mənə yaxınlaşıb xoş sözlər deyirdilər, hətta sükan arxasında əyləşənlərdən avtomobili saxlayıb “hara lazımdır aparım” – təklifi edənlər də vardı. Buna görə də çalışırdım avtmobil yoluna yaxın olmayım.
Əvvəlcədən nəzərdə tutulmuş “məzuniyyəti” təxirə salmadım. İyun ayının sonlarında xanımım və oğlumla birlikdə Karlovı-Varıya getdik.
Yaşıllıq ağuşunda addımlaya-addımlaya, mineral sulardan içə-içə bir naçar sual içimdə dolanırdı, məni rahat buraxmırdı: bundan sonra nə edəcəyəm? Bəlkə nə qədər Mehdiyev vəzifəsindədir – Azərbaycanda yaşamayım?.
Çalışırdım - xanımım da, oğlum da bunu hiss etməsinlər. Yox, deyəsən bu sual onları da yorurdu, onlar da çalışırdılar - nə düşündüklərini mən hiss etməyim. Müvəqqəti də olsa Mehdiyev vəzifədədir. Prezident təqaüdü alsam da, ölkəmdən kənarda yaşamağıma bəs eləməz. Mənzil, ailə... Bəlkə ailəm də o barədə düşünürdü? Ancaq dediyim kimi düşüncələrimizi mən onlarda gizləyirdim, onlar da -məndən. O vaxtacan 45 il məsul, yüksək vəzifələrdə olmuşdum. Onun 20 ili -Dövlət müşaviri və Dövlət Komitəsinin sədri. Belə yolları keçə bilən çoxlarından fərqli olaraq yalnız maaşım və qonorarımla yaşamışdım. Siyasi və sonralar diplomatik vəzifələrdə işləyəndə isə qonorar cüziləşmişdi… Bunlara görə təəssüflənmirəm, qürur duyuram. Xoşbəxtlikdən ailəm də həmişə belə düşünüb!
Karlovı-Varıda ilk günlər... Bir səhər yenə yaşıllıqlarla, çeşmələrlə görüşmək, bu düşüncələrin ardını yaşamaq üçün otaqdan çıxmaq istəyəndə telefonum zəng çaldı: Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov idi. Salamdan - kəlamdan dərhal sonra mətləbə keçdi:
- Cənab Prezident Sizə Qırğız Respublikasına fövqəladə və səlahiyyətli səfir getməyinizi təklif edir.
Eşitdiklərim o qədər gözlənilməz idi - dərhal cavab vermək... Üç - dörd saniyə keçməmiş əlavə etdi:
- Əgər ürəyinizcə deyilsə, başqa ölkə təklif oluna bilər.
- Mən Azərbaycanın və cənab Prezidentin əsgəriyəm! – dedim – özü hara məsləhət bilirsə, hazıram. Təşəkkür edirəm.
- Mən də təşəkkür edirəm.
Sağollaşdıq.
Nahardan azca keçmiş yenə Novruz müəllimin zəngi gəldi. Bu dəfə fərəhi sanki telefon xəttinə sığmırdı.
- Cənab Prezidentə məruzə etdim. Çox məmnun oldu. Dedi: “Mən elə belə də bilirdim!”. Xarici işlər nazirinə göstəriş verdim ki, aqreman sənədlərini hazırlayıb göndərsinlər.
Prezident məni dekabrın 21-də qəbul etdi. Əlli dörd dəqiqə çəkən görüşümüzdə (mən iki dəfə saatıma baxdım, axı, bilirdim ki Dövlət Başçısının yeni təyin olunan səfirlə söhbəti 15-20 dəqiqədən çox çəkmir) Qırğızıstan, yeni vəzifəm barədə ikicə sadə, cəmisi üç sözdən ibarət cümlə səsləndi. Prezident mən otağa daxil olanda təbəssümlə dedi: “Bəli, Qırğızıstan sizi gözləyir!”. Qəbulun sonlarında isə təəssüflə - “orda səfirlik yoxdur” – söylədi. Vəssalam. Mənim təşəkkürüm, etimadı doğruldacağım vədim beş-altı dəqiqədən çox çəkmədi. Və Prezident mənə qarşı yumşaq desəm, qərəzlərdən, məkrlərdən danışdı, iki dəfə söylədi ki, “kampaniya” demək istəməzdim”(ali mədəniyyətinə görə belə deyirdi, ancaq sözaltı mənası - əsil kampaniya idi, sonsuz qərəzli, nəhayətsiz məkrli! Elə məsələlərdən danışdı ki, heyrətimi gizlətmək çox çətin idi: “Bunları hardan bilir?!”.
Mən 9 il ölkəmizin Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri oldum, bu müddətdə həm də ölkə rəhbərimizin, həm də çalışdığım ölkənin liderlərinin (bu müddətdə orda 3 Prezident dönəmində işlədim) fəaliyyətimə dəfələrlə yüksək qiymətlərini qeyd etmək istəmirəm, təkcə onu deyirəm ki, həmin müddətdə möhtərəm Dövlət Başçımızın Sərəncamı ilə 2014-cü ilin ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı”, 2019-cu ildə ikinci dərəcəli “Dövlətə xidmətə görə” ordeni, diplomatik fəaliyyətdən dönəndən az sonra isə... “Heydər Əliyev - 100” yubiley medalı ilə təltif olundum.
Çalışdığım ölkə də ordakı fəaliyyətimi yüksək dəyərləndirdi: bir sıra yüksək mükafatlarla yanaşı, fəaliyyətim başa çatanda “Qırğız Respublikasının Nazirlər Kabinetinin Fəxri Fərmanı” ilə təltif olundum. Bu yüksək mükafat qardaş ölkədə çalışmış səfirlərə ilk dəfə verilirdi.
Təvazökarlıqdan uzaq düşdüyümü sanmayın. Bu abzası Mehdiyevin diqqətinə çatdırmaq üçün qeyd elədim. Onu da qısaca deməliyəm: mən uzaq Bişkekdə çalışanda da Mehdiyev öz “ənənəsindən” dönmürdü, imkanı daxilində fəaliyyətimə mane olmağa çalışırdı. Amma gücü çox məkrinin icrasına çatmırdı.
Mehdiyev yalnız siyasi vəzifə fəaliyyətimlə deyil, bədii yaradıcıllığımın, haqqımda yazıların çapının, mükafatlandırılmağın qabağını kəsmək üçün nəyə desən əl atırdı, hətta başqalarını şərləməkdən də çəkinmirdi. Bircə epizodu deyəcəyəm: 2007-ci ildə teatr ictimaiyyəti israsla fəxri ada təqdim olunmağım üçün məni məlumatlandırdılar. Dedim: “Tələsməyin, siyasi vəzifə olduğum üçün məsləhətləşməliyəm. Mehdiyevə dedim. Dedi: “Baxarıq…”. İki-üç gün sonra söylədikləri: “Yazıçılar Birliyində çoxu deyir ki, əgər Hidayətə fəxri ad verilsə - hamımız istefa verib gedəcəyik”. Gülünc, çox gülünc və uydurma. Amma başım çox qarışıq idi, “ABŞ-a səfərim ərəfəsindəydi, yüksək kürsüdən çıxış, çoxsaylı görüşlərə hazırlıq. Elə həmin günü Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu (Allah rəhmət eləsin) xahiş etdi ki, onu bir vacib məsələ üçün qəbul edim. Gəldi, söhbətarası bunu da ona dedim. Çox təəccübləndi, “hər şeyə inanmaq olar, bircə bundan başqa!” Anar müəllim on gündür səfərdədir, bu əcaib bəyanatı kim verə bilər?. Anar səfərdən qayıdan kimi mənə telefon açanda İstanbulun hava limanındaydım, Nyu-Yorka uçan təyyarəyə əyləşməyə hazırlaşırdım. Salamdan dərhal sonra: “Hidayət, siz inanırsınız ki, Birliyin hər bir əməkdaşı, rəhbərliyi demirəm hələ, sizin haqqınızda elə söz desin?”. “Yox, inanmıram, yalnız Yazıçılar Birliyində çalışanları demirəm, Birliyin çoxminli üzvləri də belə deməz”.
Yazıçılar Birliyi ondan sonra iki dəfə məni fəxri ada təqdim etdi, ikisi də Mehdiyevin “arxivinə” göndərildi.
Hamıya məlumdur ki, mən Vəzirovun, Mütəllibovun Ulu Öndərə qarşı açıq-aşkar siyasəti dönəmində onu mətbuatda ardıcıl, qətiyyətlə dəstəkləmişəm. Bu dəstək həm də çox təhlükəliydi. İndi o barədə açıq danışmaq istəmirəm. Mehdiyevdə isə qərəz, məni təqib ehtirası o qədər güclüydü ki, Ulu Öndər əbədiyyətə qovuşandan sonra da mənim bu mövzuda yazılarımın çapına qadağa qoyurdu. 2004-cü ilin əvvəlində qələmı aldığım, Ulu Öndərin dahiyanə fəaliyyətinə, erməni qısqanclığından, cənab Prezidentin alternativsiz siyasətindən bəhs edən “İrəvana 7 məktub” essemi “Azərbaycan” qəzeti dərc eləmədi. Esse kitab şəklində orijinalda və rus dilində çap olundu, yenə də təvazökarlıqdan uzaq olmasın – ciddi maraq doğurdu. Yaxud xalqımıza qarşı yüz illər boyu hazırlanmış erməni təcavüzünün qaranlıq səhifələrini açan “İrəvanda xal qalmadı” pyesimi Akademik Milli Dram Teatrımız dövlət sifarişi kimi yüksək səviyədə səhnəyə hazırlasa da, tamaşanı bədii şura yekdil, birmənalı, yüksək səviyyədə qəbul etsə də (əsərdə Ulu Öndərin də bədii portreti əks olunmuşdu), hətta tamaşanın premyerası günü təyin olunsa da, Mehdiyevin əmri ilə qəflətən dayandırıldı. Bəlkə bu yazıda artıq haqqında danışdığım “Bu dünyanın adamları” tamaşasının uğurlarının təkrarlanmasından ehtiyatlanırdı? Axı, o tamaşa Akademik Milli Dram Teatrında 116 dəfə göstərildi. Yetmişinci illərdən sonra teatrlarımızda belə hadisə olmamışdı. O əsər Səməd Vurğun adına Rus Dram Teatrında, ölkəmizin başqa teatrlarında, Ankaranın Bələdiyyə Teatrında, Bişkekin Rus Akademik Dram Teatrında da uğurla tamaşaya qoyuldu.
2014-cü ildə mətbuatda mənim bir müsahibəm çap olundu. Başlığı beləydi – “Son iyirmi ildə məni göydə Allah, yerdə Ulu Öndər Heydər Əliyevlə, Prezident İlham Əliyev qorudular”. Müsahibə Mehdiyevi qəzəbləndirmişdi, hətta iclas etdiyi media orqanlarının rəhbərlərinə ciddi “iradını” gizlətməmişdi. Bu barədə mənə həmin müşavirənin iştirakçısı bildirmişdi. Hələ bu harasıdır...
2019-cu ildə hələ də Bişkekdə olanda iş başımdan aşsa da, Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziya kanalında peyda olan Ə.Vəzirovun sayıqlamaları, Ulu Öndər barədə şərlərinə, böhtanlarına münasibət bildirilməməsi məni rahat buraxmırdı. Vəzirov o efirə elə-belə görünmürdü. O günlərdə bir qrup Bakıda mitinqə çıxmışdı... Vəzirov son dəfə televiziya ekranında ondan 27 il öncə görünmüşdü – 20 Yanvar qətliamının iki illiyində, əvvəlki hətərən-pətərən ampulasında. Yazmaya bilməzdim.
“Ə.Vəzirova açıq məktub”um o illərdə populyar olan “Yeni fikir” qəzetində (23 yanvar, 1992) dərc olunmuşdu. Məktubda deyilənlər milyonların ürəyincə olsa da, məni təqib edən rəsmi rəhbər işçilər də az deyildi. Vəzirovun vəzifələrə təyin etdiyi, qətliama yol verilməməsi istiqamətində heç bir əməli fəaliyyəti olmayanların çoxu hələ öz əvvəlki rahat qoltuqlu stullarında, Ayaz Mütəllibovun yaxın ətrafındaydılar. Bəs 2019-cu ildə? Ağlabatmaz susqunluq nə üçün idi? Prezident Aparatının bir yüksək vəzifəlisi ilə danışdım. Heç nə dəyişmədi. Və məcbur oldum özüm yazım. 1992-ci ilin əvvəllərində çap olunmuş məktubu olduğu kimi, bir sözünə, nöqtəsinə, vergülünə əl vurmadan, 27 il sonrakı P.S əlavəsi ilə: P.S-in adı – “Şər qazanı!”. Məzmunu haqqında danışmaq istəmirəm – adından bəllidir. Məktub azı üç-dörd populyar qəzetdə dərc edildi. Bəs münasibət? Mehdiyev hər həftə keçirdiyi baş redaktorların müşavirəsində həmin qəzetlərin baş redaktorlarına ciddi “irad tutub” ki, Hidayətin yazısını niyə dərc edibsiniz. Bu da azmış kimi - o müşavirədən az sonra Mehdiyevin mənə qarşı qərəzinin, məkrinin icrasında onun sağ əli olan “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov hansısa kənddə çıxan bir qəzetdə “Məktub”un adını çəkmədən mənim haqqımda hədyanlar yazdı. Elə yalanlar, böhtanlar idi ki, şər qazanında bişmiş “Respublika”da dərc etməyə qorxmuşdu.
(davamı növbəti saylarımızda)
Hidayət Orucov,
Sabiq dövlət müşaviri
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

