Azərbaycan tolerantlıq məkanıdır
12.02.2026 [10:53]
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səmimilik şəraitində keçən görüşün gündəliyi kifayət qədər geniş əhatə dairəsinə malik olub və müxtəlif məsələlər ətrafında faydalı müzakirələr aparılıb. Qəbulda həmçinin son vaxtlarda Azərbaycan - İsrail münasibətlərinin genişlənməsinə və ölkəmizdə yəhudi icmasına göstərilən hərtərəfli dövlət qayğısına diqqət çəkilib.
Azərbaycan - İsrail: Əməkdaşlığın genişlənməsi üçün böyük potensial var
Qəbulda söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə edib.
Bu gün Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlərdə məmnunluq doğuran yüksəksəviyyəli münasibətlərin təməlində dayanan əsas amil siyasi dialoqun dinamik səciyyə daşımasıdır. Hər iki dövlətin qətiyyətli siyasi itradəsi sayəsində formalaşan əməkdaşlıq davamlı olaraq inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müstəqil Azərbaycanmla İsrail Dövləti arasında münasibətlər ötən əsrin doxsanıncı illərinin əvvəllərindən formalaşmağa başlayıb. İsrail 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci il aprelin 7-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin daha da inkişaf etməsinə mühüm töhfə olub. Bu gün Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda, dost ölkənin Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu yardılıb. İndiyədək Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanıb.
İki dost ölkə arasında qarşılıqlı etimadın göstəricisi olaraq yüksəksəviyyəli nümayəndə heyətlərinin səfərləri davamlı hal alıb. Azərbaycan və İsrail prezidentləri müxtəlif beynəlxalq platformalarda müntəzəm qaydada görüşərək aktual müzakirələr aparırlar. Dövlət başçısları arasında sonuncu belə görüş Davos İqtisadi Forumu çərçivəsində baş tutub. Həmin görüşdə Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, həmçinin dövlət başçıları əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Cari ilin yanvarında İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi böyük nümayəndə heyətinin respublikamıza səfərə gəlməsi və səfər çərçivəsində baş tutan görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı önəmli müzakirələrin aparılması Azərbaycanla İsrail arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin daha bir təsdiqinə çevrildi. Səfər çərçivəsində Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Eləcə də dost ölkənin yüksək səviyyəli rəsmisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və bir sıra digər mühüm tədbirlərə qatılıb. Səfər gündəliyinin belə geniş olması ondan xəbər verir ki, hər iki tərəf əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iki ölkə arasında iqtisadi sahədə də əməkdaşlılq uğurla inkişaf edir. Burada hökumətlərarası komissiyanın da böyük rolu var. Birgə Komissiya əməkdaşlığı daha da dərinləşdirmək üçün mühüm platforma qismində çıxış edir. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal işbirliyi həyata keçirir ki, bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Birgə komissiyanın iclasında bildiirldiyi kimi, kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Yəhudi icmasına göstərilən hərtərəfli dövlət qayğısı
Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edilib, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunulub.
Həqiqətən də, nümunəvi tolerantlıq mühitinə malik olması Azərbaycanı fərqləndirən çox mühüm bir cəhətdir və bu, dünyada mədəniyyətlərarası dialoqun kritik dönəmdən keçdiyi indiki dönəmdə xüsusi nəzərə çarpır. Açıq deyək ki, dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqlidir. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respulikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır, əksinə biz bununla qürur duyuruq.
O cümlədən respubllikamızda yəhudilər də əmin-arxayın yaşayaraq öz həyatlarını qururlar və mədəniyyətlərini inkişaf etdirlər. Bu gün yəhudilər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsini təşkil edirlər. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi hörmətlə çəkilir.
Yəhudilərin Bakıda ilk ibadət evləri 1832-ci ildə inşa olunub. Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş SSRİ-də yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı- Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən və Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı baş tutub. Bundan başqa, Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda yəhudi dini mədəni mərkəzinin yaradılması ölkəmizdə yəhudi icmasına göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Bütövlükdə, respublikamızda uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğu Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə impuls verir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Mart 11:41
Dünya
13 Mart 11:40
Siyasət
13 Mart 11:19
Dünya
13 Mart 11:18
Gündəm
13 Mart 10:45
Siyasət
13 Mart 10:43
Siyasət
13 Mart 10:43
Sosial
13 Mart 10:19
Dünya
13 Mart 09:47
İqtisadiyyat
13 Mart 09:41
Analitik
13 Mart 09:11
Sosial
13 Mart 08:57
Ədəbiyyat
13 Mart 08:34
Dünya
12 Mart 23:46
Sosial
12 Mart 23:39
YAP xəbərləri
12 Mart 23:29
YAP xəbərləri
12 Mart 23:25
Sosial
12 Mart 23:17
Dünya
12 Mart 22:58
Hadisə
12 Mart 22:30
Dünya
12 Mart 22:24
Dünya
12 Mart 22:10
Dünya
12 Mart 21:43
YAP xəbərləri
12 Mart 21:34
Dünya
12 Mart 21:15
Dünya
12 Mart 20:55
Dünya
12 Mart 20:21
YAP xəbərləri
12 Mart 19:52
YAP xəbərləri
12 Mart 19:30
Sosial
12 Mart 19:18
Sosial
12 Mart 18:40
YAP xəbərləri
12 Mart 18:14
YAP xəbərləri
12 Mart 17:20
YAP xəbərləri
12 Mart 17:00
Dünya
12 Mart 16:49
YAP xəbərləri
12 Mart 16:32
YAP xəbərləri
12 Mart 15:48
İqtisadiyyat
12 Mart 15:47
Dünya
12 Mart 15:42
Elanlar
12 Mart 15:40
Sosial
12 Mart 15:39
YAP xəbərləri
12 Mart 15:37
Sosial
12 Mart 15:16
YAP xəbərləri
12 Mart 15:12
Dünya
12 Mart 15:11
Siyasət
12 Mart 15:04
Elm
12 Mart 15:03
Siyasət
12 Mart 15:03
Elanlar
12 Mart 14:56
Gündəm
12 Mart 14:46
YAP xəbərləri
12 Mart 14:46
Maraqlı
12 Mart 13:50
Sosial
12 Mart 13:24
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:22
Dünya
12 Mart 13:11
Maraqlı
12 Mart 12:46
Gündəm
12 Mart 12:30
İdman
12 Mart 12:26
Elm
12 Mart 12:23
İqtisadiyyat
12 Mart 12:22
Dünya
12 Mart 12:19
Dünya
12 Mart 11:52
Dünya
12 Mart 11:25
Gündəm
12 Mart 10:57
Gündəm
12 Mart 10:32
Gündəm
12 Mart 10:15
Gündəm
12 Mart 09:59
Siyasət
12 Mart 09:37

