/ / Məşvərət Məclisindən "könlü balıq istəyənlər..." mesajı, Əliyevin dəqiq zaman seçimi, çox şey dəyişiləcək... Aydın QULİYEV yazır...
Məşvərət Məclisindən "könlü balıq istəyənlər..." mesajı, Əliyevin dəqiq zaman seçimi, çox şey dəyişiləcək... Aydın QULİYEV yazır...
04.03.2026 [13:36]
Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Dəhliz Məşvərət Məclislərinin növbəti iclaslarında maraqlı fikirlər səsləndirildi.Bunların bəziləri enerji, rəqəmsallıq, süni zəka və sair sahələrə dair mesaj xarakterlidir, bəziləri görüləcək işlərin anonsudur,bəziləri isə müəyyən beynəlxalq siyasi və maliyyə güclərini konkret enerji layihələrinə təşviq etmək məqsədi daşıyır.
Göstərilən bu nüanslar prezident İlham Əliyevin çıxışında daha aydın görünür.
Prezident Avropanın eneryi təchizatında Azərbaycanın indiki və sonrakı roluna işarə edərək yaxın vaxtlarda ölkənin qaz hasilatının daha 15 milyard kub artırıla biləcəyinə diqqət çəkdi.Bu təbii ki, ilk növbədə Rusiyanın qaz - neft təchizatından asılılığı sıfırlamağa çalışan Avropaya mesajdır .Prezident ölkəmizin əlavə qaz təchizatları, bərpa olunan enerji mənbələrinin yaradılması, süni zəka ,rəqəmsallaşma və digər layihələrin arxasında olduğumuzu, bu yöndə " dünyanın ən qüdrətli dövləti ilə strateji saziş içində olmamızın daha real imkanlar açdığını da əlavə etdi.Sonrakı mesaj daha diqqətçəkicidir.Prezident Cənub Qaz boru kəmərinin tam dolduğunu və kəmərin keçiricilik gücünü artırmaq üçün əlavə sərmayələrə çox ehtiyac olduğunu dedi...
Burada mesajların həqiqi ünvanları üzərində düşünmək lazımdır.Təbii ki, mesajın ilk ünvanı Avropadır .O Avropa ki, həm Azərbaycandan daha çox qaz təchizatı gözləyir, həm Azərbaycanla üzünmüddətli qaz alışına dair saziş imzalamağa " ağzını sürükləyir", həm də Cənub qaz kəmərini genişləndirmək üçün sərmayə yatırmır, Avropanın maliyə qurumlarını bu işə təşviq etmir , əksinə ,onlara mane olur.Beləliklə, Azərbaycan xalqının məşhur " könlü balıq istəyənin quyruğu suda gərək" məsəlini qulaqardına vurur.Sənə qaz lazımdırsa, nədən onu əldə etmək üçün əlavə vəsait xərcləməyəsən?! Zatən İlham Əliyevin Bakıya səlahiyyətli enerji məmurlarını göndərmiş Avropaya dərin mesajının mahiyyəti də budur.
Əliyevin mesajının səsləndiyi zamanın özü də diqqətçəkicidir.Belə ki,bu bəyanatlar Avropanın çox asılı olduğu ərəb körfəzi qazının nəqlinin ciddi təhlükə altına düşdüyü vaxtda səsləndirilir.Daha böyük təhlükə odur ki, körfəz qazı kəsilə və bu kəsinti İran müharibəsi ilə əlaqədar olaraq uzun zaman davam edə bilər.Bu halda Avropa üçün Azərbaycan qazının misilsizliyi və əlçatanlığı daha da artır.Bu mənada İlham Əliyevin mesajı Cənub Qaz dəhlizində Avropa sərmayəsini daha fəal olmağa təşviq etmək baxımından çox önəmlidir - Qatar qazından əliniz üzüləcəksə, Azərbaycan qazının nəqlini artırmaq üçün əlavə sərmayə qoymaqdan başqa çarəniz yoxdur....Avropa İlham Əliyevin bu aydın nesajını anlayacaq, anlamayacaq, görəcəyik...
Əliyevin nesajlarının başqa bir tərəfi də var.Fikrimcə , İlham Əliyev Qaz və Yaşıl enerji Məşvərət məclislərində dünənki çıxışında " dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlığımız layihələrin icrası üçün real imkanları daha da artırır" sözlərini də havaya ünvanlamadı...Məncə , Avropa birliyinin Cənub Qaz dəhlizinə əlavə sərmayə qoyuluşunu daha artıq gecikdirməsi Azərbaycanı yeni maliyə mənbələri axtarışına sövq edə bilər ki, bu yöndə " ən qüdrətli dövlət olan ABŞ " ən real sərmayəçi rolunda nəzərdən keçirilə bilər.Bu ,kimlərəsə bir az fantastik görsənə bilər.Lakin bir vaxtlar Bakı - Ceyhan, Cəbub Qaz dəhlizi özləri də fantastik görsənirdi. Real olmadımı ?!...İndi kimlərəsə real görünməyən bu hadisə gerçək olarsa, Cənub Qaz dəhlizinə əlavə dəstək ABŞ maliyyəsi hesabına təmin olunarsa, o zaman Avropa Birliyi aldıqları qazın qiymətini tək Azərbaycanla yox, həm də ABŞ- la müzakirə etmək zorunda qalacaq...
Görünən odur ki, Azərbaycan həm qaz hasilatını artırmaq, həm də nəqlini genişləndirmək üçün daha çox alternativə malikdir.Qaz təchizatına ehtiyacı olanların isə alternativləri nisbətən məhduddur...
Bu mənada gözləmək olar ki, İlham Əliyevin Məşvərət Məclislərində son çıxışları bir çox qüvvələrin ətalətinə və ziyanlı ləngliyinə son qoyacaq....Həm də bu tək Azərbaycana yox, daha çox onlara lazımdır....
Aydın Quliyev
"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Mart 19:52
YAP xəbərləri
12 Mart 19:30
Sosial
12 Mart 19:18
Sosial
12 Mart 18:40
YAP xəbərləri
12 Mart 18:14
YAP xəbərləri
12 Mart 17:20
YAP xəbərləri
12 Mart 17:00
Dünya
12 Mart 16:49
YAP xəbərləri
12 Mart 16:32
YAP xəbərləri
12 Mart 15:48
İqtisadiyyat
12 Mart 15:47
Dünya
12 Mart 15:42
Elanlar
12 Mart 15:40
Sosial
12 Mart 15:39
YAP xəbərləri
12 Mart 15:37
Sosial
12 Mart 15:16
YAP xəbərləri
12 Mart 15:12
Dünya
12 Mart 15:11
Siyasət
12 Mart 15:04
Elm
12 Mart 15:03
Siyasət
12 Mart 15:03
Elanlar
12 Mart 14:56
Gündəm
12 Mart 14:46
YAP xəbərləri
12 Mart 14:46
Maraqlı
12 Mart 13:50
Sosial
12 Mart 13:24
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:22
Dünya
12 Mart 13:11
Maraqlı
12 Mart 12:46
Gündəm
12 Mart 12:30
İdman
12 Mart 12:26
Elm
12 Mart 12:23
İqtisadiyyat
12 Mart 12:22
Dünya
12 Mart 12:19
Dünya
12 Mart 11:52
Dünya
12 Mart 11:25
Gündəm
12 Mart 10:57
Gündəm
12 Mart 10:32
Gündəm
12 Mart 10:15
Gündəm
12 Mart 09:59
Siyasət
12 Mart 09:37
Analitik
12 Mart 09:20
Hərbi
12 Mart 08:54
Sosial
12 Mart 08:31
Siyasət
12 Mart 08:28
Dünya
12 Mart 07:31
Gündəm
12 Mart 00:33
Dünya
11 Mart 23:40
Dünya
11 Mart 23:15
Dünya
11 Mart 22:49
Dünya
11 Mart 22:24
Gündəm
11 Mart 22:12
Dünya
11 Mart 22:10
Dünya
11 Mart 21:50
Dünya
11 Mart 21:29
Dünya
11 Mart 21:17
Sosial
11 Mart 20:42
Gündəm
11 Mart 20:36
Dünya
11 Mart 20:33
İqtisadiyyat
11 Mart 20:19
Xəbər lenti
11 Mart 19:56
Dünya
11 Mart 19:20
YAP xəbərləri
11 Mart 19:05
YAP xəbərləri
11 Mart 18:57
Dünya
11 Mart 18:22
YAP xəbərləri
11 Mart 18:11
Siyasət
11 Mart 18:10
Siyasət
11 Mart 18:09

