Avropalı deputatlar Ağdam rayonunda olublar
16.01.2014 [14:49]
Azərbaycanda səfərdə olan İslandiya parlamentinin deputatı Ogmundur Yonasson və Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatı Jaakko Laakso yanvarın 15-də Ağdam rayonuna gəliblər.
AzərTAc xəbər verir ki, əvvəlcə Ağdam rayon İcra Hakimiyyətində olan qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam şəhəri və rayonun 82 kəndi işğal və talan edilərək dağıdılıb. Rayonun 180 min əhalisindən 145 mini məcburi köçkün kimi respublikamızın 62 rayonunda məskunlaşıb. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.
Qeyd olunub ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Hazırda rayon ərazisində yaşayan 90 min əhalinin 50 min nəfəri məcburi köçkünlərdir. Məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzusu doğma yurd-yuvalarına qayıtmaqdır.
İslandiya parlamentinin deputatı Ogmundur Yonasson səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edib.
Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb.
Ağdamın işğaldan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu “Qafqaz Xirosiması” filminə baxan və uşaq musiqi məktəbinin xor kollektivinin ifasını dinləyən avropalı deputatlar bu görüşdən razı qaldıqlarını bildiriblər.
Qonaqlar 2010-cu ilin noyabrında Quzanlıda məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbəyə gələrək 18 nömrəli məktəbdə olub, məcburi köçkün, müharibə əlili Fəxrəddin Rəhimovun mənzilinə baş çəkiblər.
Daha sonra Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndinə gələn qonaqlara burada yaşayan əhalinin həyat şəraiti barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs tez-tez pozulur, mülki əhali, evlər, mal-qara atəşə tutulur.
İslandiya parlamentinin deputatı Ogmundur Yonasson jurnalistlərə müsahibəsində deyib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumata malik olmaqdır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun tələb olunan səviyyədə fəaliyyət göstərməməsindən təəssüfləndiyini deyən qonaq bildirib ki, beynəlxalq ictimaiyyət bu sahəyə daha çox diqqət ayırmalıdır.
Xəbər lenti
Hamısına baxSosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03

