/ / Mədəniyyətlərarası dialoqa xüsusi önəm verən Azərbaycan dünyada zəngin tolerantlıq ənənələri ilə tanınır
Mədəniyyətlərarası dialoqa xüsusi önəm verən Azərbaycan dünyada zəngin tolerantlıq ənənələri ilə tanınır
07.03.2014 [09:22]
Martın 6-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Allahşükür Paşazadə İyad bin Amin Mədənini İƏT-in baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan-İƏT münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən QMİ-nin sədri əmin olduğunu bildirib ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu söyləyən Allahşükür Paşazadə bu məsələdə Ulu öndər Heydər Əliyevin mühüm xidmətlərinin olduğunu vurğulayıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətlərarası dialoqa, tolerantlığa, multikulturalizmə mühüm önəm verdiyi diqqətə çatdırılıb.
Şeyxülislam Allahşükür Paşazadə İƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
İyad bin Amin Mədəni Azərbaycanın-İƏT əlaqələrinin inkişafından məmnunluğunu bildirib, ölkəmizin bu təşkilatın inkişafına mühüm töhfə verdiyini söyləyib, üzv dövlətlərin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Baş katib Azərbaycandakı mövcud dövlət-din münasibətlərini yüksək qiymətləndirib, bunun digər ölkələr üçün nümunə olduğunu söyləyib. Bu gün mədəniyyətlərarası dialoqa xüsusi önəm verən Azərbaycanın dünyada zəngin tolerantlıq ənənələri ilə tanındığını deyən İyad bin Amin Mədəni ölkədə müxtəlif dinlərə mənsub xalqların sülh, mehribanlıq şəraitində yaşamasının yürüdülən düzgün siyasətin nəticəsi olduğunu vurğulayıb.
Sonra İƏT-in baş katibinə xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, deputatlar, Azərbaycanda fəaliyyət göstərən bir sıra müsəlman ölkələrinin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.
Sonda QMİ-nin sədri tərəfindən İƏT-in baş katibinin şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

