Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit
22.10.2014 [09:56]
Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit oktyabrın 21-də Bakıda işə başlayan konfransın əsas mövzusudur.
AzərTAc xəbər verir ki, konfransda müxtəlif ölkələrin dövlət və özəl qurumlarının nümayəndələri, ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər, neft-qaz şirkətlərinin təmsilçiləri iştirak edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək konfransın elm və texnologiyaların ən yeni nailiyyətlərinin tətbiqi ilə ənənəvi və qeyri-ənənəvi enerji mənbələrindən səmərəli istifadə etmək, yüksək enerji qənaətinə nail olmaq, yanacaq və enerji mənbələrinin işlənməsinin ətraf mühitə mənfi təsirinin aradan qaldırılması yollarının öyrənilməsi məqsədi daşıdığını deyib.
Tədbirin əhəmiyyətindən danışan G.Məmmədova bildirib ki, əsas məqsəd davamlı inkişaf üçün ətraf mühitin mövcud vəziyyətinin kompleks təhlilini aparmaq, bu sahədə yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək və ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyib hazırlamaqdır. Artıq 10 ildən çoxdur ki, Memarlıq və İnşaat Universitetində ekologiya mühəndisliyi ixtisası yaradılıb. Ötən müddətdə bu ali təhsil ocağı bir çox Avropa universitetləri ilə ətraf mühit və ekologiya sahələrində əlaqələr qurub.
Belə tədbirlərin neft-qaz sənayesinin yaratdığı ekoloji problemlərin həllində əhəmiyyətli rol oynadığını deyən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ARDNŞ tərəfindən ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən və görüləcək işlərdən danışıb. Ekologiyanın qorunması məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan ARDNŞ-in vitse-prezidenti bildirib ki, 2006-cı ildən indiyədək neft məhsulları ilə çirklənmiş 1400 hektar ərazi rekultivasiya edilərək abadlaşdırılıb. Bərpa edilmiş ərazilərdə 600 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilib.
R.Hüseynzadə Avropanın enerji effektivliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq TANAP və TAP layihələrində də ətraf mühitin qorunmasına xüsusi diqqət yetiriləcəyini deyib. O, ARDNŞ-in Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər, xüsusilə bp ilə ətraf mühitin mühafizəsi istiqamətində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov konfrans iştirakçılarına torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, komitə torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, münbitliyin qorunması layihələrini aidiyyəti təşkilatlarla birlikdə hazırlayır və həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir.
Q.Məmmədov konfrans iştirakçılarını interaktiv xəritə interfeysi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq qurumun geoserverində yerləşdirilmiş Regionların İnkişafı Analitik İnformasiya Sistemi barədə də məlumatlandırıb.
Konfrans öz işini plenar iclaslarla davam etdirib.
İki gün davam edəcək konfransın əsas istiqamətlərinə antropogen amillərin təsiri nəticəsində atmosfer havasının, su və torpaq ehtiyatlarının çirklənməsi ilə bağlı problemlərin müzakirəsi, Xəzər dənizinə və Kür çayına atılan tullantıların öyrənilməsi, monitorinqin aparılması, xarici elm mərkəzlərinin və universitetlərin iştirakı ilə birgə təhsil proqramlarının işlənib hazırlanması da daxildir.
Tədbirin təşkilatçıları Memarlıq və İnşaat Universiteti, ARDNŞ və Beynəlxalq Ekoenergetika Akademiyasıdır.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

