Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçki prosesində şəffaflığın təmin edilməsində KİV əvəzsiz rol oynayır

Seçki prosesində şəffaflığın təmin edilməsində KİV əvəzsiz rol oynayır

16.12.2014 [09:43]

Dekabrın 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək jurnalistlərin seçki prosesində iştirakından danışıb. Bildirilib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri Azərbaycanda mühüm hadisədir. Seçkilərdə jurnalistlərin də xüsusi rolu var. Ona görə də bu konfransda jurnalistlərin seçki prosesində hüquqları və vəzifələri barədə məlumat veriləcək, müzakirələr aparılacaq.
MSK sədrinin müavini Natiq Məmmədov çıxış edərək seçki prosesindən, jurnalistlərin seçkilərdə iştirakından danışıb. Bildirilib ki, seçki prosesində şəffaflığın təmin edilməsində, ictimaiyyətin seçki prosesinin gedişi və onun nəticələri barədə məlumatlandırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Odur ki, jurnalistlərin seçkilərlə bağlı maarifləndirilməsi mühüm məsələdir.
N.Məmmədov qeyd edib ki, dünyada seçki zamanı məntəqələrdə veb-kameraların qoyulmasını ilk dəfə Azərbaycan tətbiq edib. Bu texniki məsələlərin təşkili böyük vəsait və görüntülərdə fasiləsizlik tələb edir. Azərbaycanın seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Xarici dövlətlər tərəfindən bu təcrübə yüksək qiymətləndirilir. Bir sıra ölkələr hazırda veb-kameraların tətbiqi üzərində düşünürlər.
Konfransda ekspertlər tərəfindən “Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəsinin əhəmiyyəti”, “Seçki prosesində medianın məsuliyyəti”, “Jurnalistlərin seçki məntəqələrində davranış qaydaları” mövzularında çıxışları dinlənilib, ətraflı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirdə KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən “Jurnalistlərin bələdiyyə seçkiləri prosesində müşahidəçi kimi iştirakına yardım” layihəsi çərçivəsində hazırlanan “Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” kitabçası da təqdim edilib. Kitabçada Seçki Məcəlləsindən, MSK-nın təlimatlarından, digər qanunvericilik aktlarından müvafiq müddəalar toplanıb. Vəsait 500 nüsxə tirajla çap edilib.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31