Türkiyəli media nümayəndələri Qubada olublar
16.12.2014 [09:48]
Bakıda Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin, TRT-nin və Anadolu agentliyinin ölkəmizdəki nümayəndəliklərinin təşəbbüsü ilə keçirilmiş “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusundakı konfransa qatılmış türkiyəli media təmsilçiləri Qubada olublar.
Azərbaycan Mətbuat Şurasının, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinin və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin nümayəndələrinin qatıldıqları səfər çərçivəsində öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Sonra Quba şəhər İcra Hakimiyyətində görüş keçirilib. MŞ-nın sədri Əflatun Amaşov Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşarın, “haber7.com” saytının rəhbəri İbrahim Ərdoğanın, eləcə də, digər türkiyəli media nümayəndələrinin bilik və təcrübələrinin önəmini vurğulayaraq onların Azərbaycan həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırılmasına müvafiq köməklik göstərəcəklərinə əminliyini bildirib.
Qonaqları salamlayan Quba şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rəhbərlik etdiyi bölgənin xarakterik xüsusiyyətləri barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycanın qədim diyarlarından olan Quba 1918-ci ildə erməni-daşnaq qüvvələrinin törətdikləri misilsiz vandalizm aktlarının izlərini özündə yaşadan rayonlardan biridir. Bu baxımdan Qubadakı kütləvi məzarlıq barədə məlumat verən M.Ağayev, həmçinin, rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb, iştirakçıların müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb. Görüşdə türkiyəli media nümayəndələrinə Quba xalçası hədiyyə olunub.
Daha sonra türkiyəli qonaqlar Quba məzarlığına və Quba Soyqırımı Memorial Kompleksinə baş çəkiblər. Burada onlara erməni daşnaq qüvvələrinin ötən əsrin ikinci onilliyinə təsadüf edilən soyqırım siyasətinin mahiyyəti və miqyası barədə geniş məlumat verilib. Bildirilib ki, Quba məzarlığındakı toplu qəbirlərdəki sümüklərin ekspertizası basdırılmış insanların xüsusi amansızlıqla qətlə yetirildiyini isbatlayır.
Mövcud istiqamətdəki diskussiyalar Quba şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Türkiyəli media nümayəndələri ilə Qubada və ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçilərinin burada baş tutmuş görüşündə, həmçinin, ortaq faciələrimizin dünya birliyinə çatdırılmasının vacibliyi vurğulanıb. MŞ-nın sədri Əflatun Amaşov, Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Afət Həsənova, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, “haber7.com” saytının rəhbəri İbrahim Ərdoğan və başqaları çıxışlarında bildiriblər ki, qondarma “erməni soyqırımı”nın 100 illiyinin yaxınlaşdığı hazırkı şəraitdə erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı tutarlı adekvat addımlar atılmalıdır. Bu xüsusda “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusundakı konfransda Türkiyə və Azərbaycan jurnalistlərinə ünvanlanmış müraciətdən irəli gələn məsələlərə həssas yanaşılmalı, prosesə Azərbaycanın bölgə mediası tərəfindən də lazımi dəstək göstərilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

