Panel iclasında sülhün qorunmasında qadınların rolu diqqət mərkəzində olub
30.04.2015 [10:01]
Üçüncü Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası “Sülhün qorunmasında qadınların rolu” mövzusuna həsr edilib.
Liviyanın Avropa İttifaqındakı nümayəndəsi Farida Allaqhinin moderatorluğu ilə keçirilən iclasda Qırğızıstan Ali Şurasının üzvü Mamirova Bodoş bildirib ki, qadınlarla bağlı problemlərə dair müzakirələr nə qədər çox olsa da, hələ də istənilən nəticə əldə edilməyib. O bildirib ki, qadınların hər sahədə təmsil olunmaları üçün imkan yaradılmalıdır.
Ukraynanın məşhur müğənnisi Ruslana Lıjiçko deyib ki, qadınlar çox böyük qüvvədir və bu qüvvə dünyada bir çox problemlərin qarşısını ala bilər. Xüsusilə müharibədən əziyyət çəkən ölkələrdə qadınlar bu sahədəki fəaliyyətə həssas yanaşmalıdırlar.
Ukraynanın keçmiş birinci xanımı, Ukrayna 3000 Fondunun prezidenti Katerina Yuşşenko müharibələrin törətdiyi dəhşətli nəticələr haqqında danışıb. Qeyd edib ki, müharibələr zamanı ən çox əziyyət çəkənlər qadınlar və uşaqlardır. Bunun üçün də qadınlar dünyada sülhün bərqərar olmasında əllərindən gələni etməlidirlər. Qana parlamentinin üzvü Brou Kuha Marqarita bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar birlik nümayiş etdirməlidirlər. Xüsusilə ictimai-siyasi fəaliyyətlə məşğul olan qadınlar daha sıx birləşməli və onları narahat edən problemlərin öhdəsindən gəlməlidirlər.
Madaqaskarın keçmiş Baş naziri Jan Omer Beriziki vurğulayıb ki, ölkəsində qadınlar cəmiyyətin qəhrəmanlarıdır. Qadınlar hər sahədə aktiv olsalar da lakin yenə də onlarla bağlı bəzi problemlər mövcuddur. Sülhün bərqərar olunmasında qadınlar çox böyük rol oynaya bilərlər. Lakin əvvəlcə qadınların xüsusilə ictimai-siyasi sahədə daha fəal olmaları və kişilərin onlara dəstək vermələri çox vacibdir. Qadınların səriştəsi kişilər tərəfindən qəbul edilməlidir və qadınlar ayrı-seçkiliyə məruz qalmamalıdır.
Çex Respublikası parlamentinin sədr müavini Yaroslava Yermanova qeyd edib ki, bütün ölkələrdə idarəetmədə qadınların sayı çox olarsa dünyada sülh bərqərar edilə bilər.
İclasda bildirilib ki, sülh naminə edilən beynəlxalq cəhdlərə baxmayaraq, qadınların bu işdə iştirakında çatışmazlıq hələ də davam edir. Çıxış edənlər dünyada sülhün qorunmasında, xalqların, dövlətlərin yaxınlaşmasında, əlaqələrin genişlənməsində beynəlxalq qadın hərəkatlarının rolunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

