“Ramazan ayı ilə əlaqədar özəl televiziyalar elə proqramlar hazırlaya bilərdilər ki...”
14.07.2015 [09:55]
“Ramazan ayında televiziyalarda dini mövzuda verilişlər verilsə, ən çox elə həmin verilişlərə baxılacaq. Biz ateist dövlət deyilik, dünyəvi dövlətik. Dünyəvi dövlət olduğumuza görə dinimizə böyük hörmətlə yanaşırıq”. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
Komitə sədrinin fikrincə, bu məsələdə televiziyaların əl-qolunu kimsə bağlamır: “Onlar istədiyi din xadimini televiziyaya dəvət edə bilərlər. Məsələn, akademik Vasim Məmmədəliyevin verilişinə insanlar məmnuniyyətlə baxırlar. Çünki o, bu sahədə patriarxdır. Televiziyalar din xadimlərini efirə dəvət edə bilərlər. Amma din xadimini şou proqramına dəvət edib orada dindən danışmaq anormallıqdır. Belə verilişə kimsə baxmayacaq”.
M.Qurbanlının fikrincə, şou proqramlarla reytinq dalınca qaçan televiziyalar bu ərəfələrdə İslam dini, Ramazan ayı ilə bağlı verilişlər hazırlasaydılar, daha çox reytinq qazanardılar: “Ramazan ayı ilə bağlı özəl televiziyalar elə proqramlar hazırlaya bilərdilər ki, insanlar onlara saatlarla baxardı. Belə verilişlər olmadığından indi Azərbaycan tamaşaçısı əksər hallarda xarici televiziyalara, daha çox isə Türkiyə telekanallarına baxır. Əgər bizim televiziyaların proqramlarını araşdırsalar görərdilər ki, Ramazan ayında onlara baxan yoxdur. Çünki insanlar indi məhz dini mövzuda məsələləri dinləmək, maariflənmək istəyirlər. Bu heç də o demək deyil, o həmin verilişə baxandan sonra hansısa radikal cərəyanın təsiri altına düşəcək. Əsl İslamı dinləyəndə o, heç kimin təsiri altına düşməyəcək. Düşünürəm ki, televiziyaların bu yöndə imkanları var idi. Bundan istifadə edən də, etməyən də özü bilər...”
Komitə sədri deyib ki, ümumiyyətlə, kütləvi informasiya vasitələri cəmiyyətə nəyi təbliğ və təşviq etmələrinə ciddi yanaşmalıdırlar: “Hazırda təkcə Azərbaycanda yox, digər ölkələrin telekanalları da böhran yaşayır. Bunun nəticəsində ictimai rəy nəzərə alınmadan yalnız merkantil iqtisadi maraqlar üzə çıxır və daha çox baxılması istənilən verilişlərə üstünlük verilir. Buna da şou deyilir. Fərqi yoxdur, realiti şoular, uydurma proqramlar düzəldilir. Vaxtilə qəzetlər də “qanuni oğrular”, “avtoritetlər” barədə çox yazırdılar. Sual olunur, bununla sən nəyi təbliğ edirsən? Belə çıxır ki, sən oğurluğu təbliğ edirsən. Axı belə olmaz. Bəzən deyirlər ki, buna cəmiyyətdə tələbat var. İndi tələbat var deyə, sən pornoqrafiyanı təşviq etməlisən? Hannibalizmə tələbat varsa, onu təbliğ etməlisən? Əksinə, sən onun qarşısını almaqla məşğul olmalısan. Zövqləri mühit müəyyənləşdirir. Çünki ətraf mühit, insanlar, toplum zövqə çox təsir edir. Ona görə də, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

