Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə parlamentinin sədr müavini ilə görüşüb
12.09.2015 [11:42]
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Türkiyədə səfərdədir. Nümayəndə heyətinə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.
Sentyabrın 11-də Ankaradakı Heydər Əliyev parkına gələn nümayəndə heyəti Ulu öndərimizin parkdakı heykəli önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad edib.
Sonra Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində parlament sədrinin müavini, Ədalət və İnkişaf Partiyasının parlament qrupunun rəhbəri Naci Bostancı ilə görüşüb.
Son aylar Türkiyədə baş verən terror hadisələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladığını diqqətə çatdıran Bahar Muradova Azərbaycan xalqının həmişə Türkiyə xalqının ağrılarına şərik olduğunu bildirib. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlərə, eləcə də iki partiyanın qadın təşkilatları arasındakı mövcud sıx əməkdaşlığın əhəmiyyətinə toxunan Bahar Muradova noyabrın 1-də Türkiyə parlamentinə keçiriləcək növbədənkənar seçkilərdə AKP-yə uğurlar arzulayıb.
Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək dəvətini qəbul etdiklərinə görə YAP nümayəndə heyətinə minnətdarlığını bildirən Naci Bostancı Azərbaycanın həmişə Türkiyənin sevinc və ağrılarına şərik çıxmasının xalqlarımızın dostluq və qardaşlığından qaynaqlandığını vurğulayıb. N.Bostancı bildirib ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımı daxil olmaqla Azərbaycanın bütün ağrılı məsələlərini diqqətdə saxlayır.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının sentyabrın 12-də keçiriləcək V qurultayında iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

