“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 24-cü cildi çapdan çıxıb
07.10.2015 [10:01]
“Bizim qarşımızda duran ən başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu istiqamətdə də danışıqlar aparılır. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri çəkilməyəcəkdir. Bizim mövqeyimiz bəllidir. Mən bu barədə dəfələrlə bildirmişəm. Son dəfə daha da dolğun və əhatəli bəyanat vermişəm. Çünki hesab edirəm, Azərbaycan xalqı danışıqların nəyin ətrafında getdiyini bilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz xalq tərəfindən dəstəklənir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz. Onun başqa ölkəyə birləşməsindən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz buna nail olacağıq və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 24-cü cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2007-ci il mayın 25-də “Gülüstan” sarayında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin aprelindən iyununadək olan dövrü əhatə edir.
Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşünə dair materialla başlanır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, iqtisadi potensialının möhkəmlənməsinə, habelə regionların sosial iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Qazax, Tovuz rayonlarına, Gəncə şəhərinə səfərləri zamanı bu bölgələrin sosial, iqtisadi və mədəni tərəqqisinə həsr olunmuş çıxışları və nitqləri əksini tapıb.
Çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Misirə, Rusiyaya, Polşaya, Gürcüstana səfərləri çərçivəsində bu ölkələrin dövlət və hökumət başçıları ilə görüşləri, danışıqları, ölkələr arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə, eyni zamanda, Bakıya rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar toplanıb.
Kitabda, həmçinin Azərbaycan Prezidentinin ölkəmizə gəlmiş çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, bəyanatları, Misirin Yaxın Şərq Xəbərlər Agentliyinə (MENA) və Fransanın “La Lettre diplomatique” jurnalına müsahibələri, 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulu və Bakıda “Xəzər Neft-Qaz, Neftayırma və Neft Kimyası - 2007” XIV Beynəlxalq sərgi və konfransının açılış mərasimində nitqi, habelə bəyanatları, məktubları, müraciətləri dərc olunub.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 24-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

