Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib
10.10.2015 [12:50]
Oktyabrın 9-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının (HAK) 15-ci iclası keçirilib.
İclasda Azərbaycan tərəfdən komissiyanın həmsədri, Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən - komissiyanın həmsədri, Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin sədrlik edirdi.
Gündəliyə Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, energetika, sənaye, kənd təsərrüfatı və başqa sahələrdə qarşılıqlı fəaliyyət məsələləri daxil edilmişdi.
Görüşü RF hökuməti sədrinin müavini Dmitri Roqozin açıb. O qeyd edib ki, HAK-ın bundan əvvəlki iclasından sonrakı müddətdə xeyli iş görülüb. O deyib: “Ən mühüm məqamlar sırasında investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında saziş imzalanmasını qeyd etmək lazımdır. Bu sazişin qüvvəyə minməsi qarşılıqlı investisiyaların cəlb edilməsi və müştərək layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Respublikasının sərgi-satış mərkəzinin yaradılması haqqında sazişə dəyişikliklər olunmasını da xüsusi qeyd etmək istəyirəm. Həmin dəyişikliklərə uyğun olaraq Azərbaycan SSR pavilyonu Azərbaycan Respublikasına verilir”.
D.Roqozin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdən söhbət açaraq bu əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. RF baş nazirinin müavini deyib: “Biz siyasi, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı fəal inkişaf etdiririk. Bu, ölkələrimizin strateji maraqlarına tam müvafiqdir. 2014-cü ilin yekunlarına əsasən Rusiya-Azərbaycan əmtəə dövriyyəsi 12 faiz artaraq tarixi maksimum səviyyəyə - 4 milyard ABŞ dollarına çatıb. Göstəricilərin dinamikası MDB ölkələri arasında ən yaxşılardan biri olub. 2009-cu ildən bəri qarşılıqlı ticarətin həcmi iki dəfədən çox artıb”.
D.Roqozin onu da qeyd edib ki, ölkələrimiz arasında ticarətdə sənaye malları və kənd təsərrüfatı məhsulları mühüm yer tutur. Bəzi Qərb ölkələrinə münasibətdə Rusiyanın tətbiq etdiyi sanksiyalar isə Rusiya bazarında Azərbaycandan göndərilən keyfiyyətli kənd təsərrüfatı məhsullarına tələbatı daha da artırır.
D.Roqozin qeyd edib ki, energetika sahəsi ikitərəfli əməkdaşlığın mühüm aspektidir. Azərbaycan ərazisində uğurla işləyən Rusiya neft şirkətləri bu əlaqələrin daha da dərinləşməsində və genişlənməsində maraqlıdırlar. Münasibətlərin intensivləşdirilməsi üçün yüksək səviyyəli ikitərəfli enerji qrupu yaradılıb.
D.Roqozin çıxışının sonunda qeyd edib ki, RF Prezidenti Vladimir Putin 2015-ci il sentyabrın 22-də Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Fərman imzalayıb. D.Roqozin azərbaycanlı həmkarını təbrik edib.
Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov təbrik üçün təşəkkürünü bildirərək Dmitri Roqozinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfəsini, o cümlədən ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyətinin güclənməsini qeyd edib. Y.Eyyubov deyib: “Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir. Onlar üçün yaxşı şərait yaradılıb və heç kəs onları sıxışdırmır”.
Y.Eyyubov ölkələrimizin rəhbərləri arasında yaranmış yaxşı münasibətlərin Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsinə şərait yaratdığını qeyd edib.
RF iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçov vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərini səciyyələndirən göstəricilər sabitləşib. O bildirib ki, Rusiyanın Azərbaycanda qoyduğu sərmayələrin həcmi 1,5 milyard dollardan yuxarıdır. Azərbaycanda 600-ə yaxın Rusiya müəssisəsi fəaliyyət göstərər. Azərbaycan şirkətləri də Rusiyada fəal iş aparır. “Keçən il və cari ilin birinci yarısında biz kənd təsərrüfatı məhsulları satışının xeyli artırılmasına nail olmuşuq. Biz Azərbaycana kontrsanksiyalar deyilən sahədə əməkdaşlıq təklif edirik” - deyən nazir müavininin fikrincə, sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, helikopterqayırma, gəmiqayırma və yüksək texnologiyalar sahəsində iri layihələrin həyata keçirilməsi üçün böyük ehtiyat imkanlar var.
Nazir müavini bildirib ki, 2020-ci ilə qədər olan dövrdə ortamüddətli ticari-iqtisadi əməkdaşlıq üzrə böyük proqram hazırlanır. Bu proqramda ikitərəfli münasibətlərin inkişafına dair əsas istiqamətlər və bütün layihələr müəyyən ediləcək.
Hökumətlərarası komissiyanın həmsədrləri Y.Eyyubov və D.Roqozin komissiyanın iclasının yekun sənədini imzalayıblar.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

