Sinay Məbədinin nümayəndələri: Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyəti var
03.11.2015 [10:31]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Sinay Məbədinin ravvini David Volpenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfessiyaların tarixən dinc yanaşı yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib.
Nazir Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını deyərək, ölkəmizin milli təcrübə əsasında mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə ardıcıl siyasət yürütdüyünü və mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Elmar Məmmədyarov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında məlumat verib, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və etnik nifrət siyasəti barədə danışıb. Bu siyasətin nəticəsi olaraq, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qaldıqlarını nəzərə çatdırıb.
O, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı törətdiyi işğala son qoymalı və Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bir daha vurğulayıb.
Azərbaycana səfərlərindən məmnunluq ifadə edən qonaqlar Bakı ilə yanaşı, Quba şəhərinə və Qırmızı qəsəbəyə səfərləri, orada yerli yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı ilə tanış olduqları haqqında danışıblar. Onlar Azərbaycanın iqtisadi və sosial inkişafının yalnız paytaxt deyil, regionları da əhatə etməsinin canlı şahidi olduqlarını və bunun təqdirəlayiq hal olduğunu qeyd ediblər.
Nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətini vurğulayaraq, dövlət siyasətinin tərkib hissəsi kimi bu ənənələrin daha da inkişaf etdirilməsində Azərbaycan Respublikası hökumətinin xüsusi rolunu qeyd ediblər.
Görüşdə nazir Elmar Məmmədyarov nümayəndə heyətinin Azərbaycan-ABŞ əlaqələri, regional və qlobal məsələlər haqqında suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

