/ / Bahar Muradova: 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından ən yaddaqalan il oldu
Bahar Muradova: 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından ən yaddaqalan il oldu
13.01.2016 [09:36]
“Birmənalıdır ki, 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun, beynəlxalq aləmdə yerinin və rolunun artması və möhkəmlənməsi baxımından ən yaddaqalan bir il oldu”. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
B.Muradova bildirib ki, 2015-ci ildə Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əlaqələri genişlənib: “Azərbaycan beynəlxalq aləmdə mövcud proseslərə, dövlətlərin, millətlərin rastlaşdığı problemlərə, iqtisadi və siyasi böhranlara münasibətdə müsbət təsir göstərən tədbirlərin təşkilatçısı rolunda çıxış edib və bu məsələlərlə bağlı öz imkanlarından istifadə edərək münasibətini bildirib və öz töhfələrini verib”.
Vitse-spiker qeyd edib ki, Azərbaycan həm regionun, həm də İslam dünyasının özünəməxsus qətiyyətli və müstəqil siyasət yürüdən ölkəsidir: “Azərbaycan həm siyasi-iqtisadi, həm də mədəni əlaqələr baxımından, ölkələr və xalqlar arasındakı münasibətlərin qardaşlığa, dostluğa, sülhə xidmət etməsi baxımından çox böyük töhfələr verib. Hesab edirəm ki, bizim xeyli imkanlarımız var ki, regionu, dünyanı, o cümlədən İslam dünyasını təhdid edən təhlükələrə qarşı mübarizə aparaq və sülhməramlı fəaliyyətimizi bundan sonra da davam etdirək”.
B.Muradova vurğulayıb ki, Azərbaycanın multikultural mühiti dünyaya bir nümunədir və bu nümunənin digər ölkələr, o cümlədən İslam ölkələri tərəfindən mənimsənilməsi məqbuldur.
Vitse-spiker əlavə edib ki, ötən il ölkəmizdə ən yaddaqalan hadisələrdən biri də parlament seçkiləri oldu: “Bu seçkilər ərəfəsində və seçki kampaniyası keçirilən vaxt bizə qarşı qarayaxma kampaniyası başlamışdı. Lakin seçkini pozmaq, onun nəticələrini gözdən salmaq, legitimliyini şübhə altına almaq istiqamətində çoxsaylı cəhdlərə rəğmən, Azərbaycan bu seçkiləri çox yüksək səviyyədə keçirdi və müşahidə edən beynəlxalq təşkilatlar və onların nümayəndələri də bu seçkilərin demokratik, azad və şəffaf keçirildiyini vurğuladı. Ən əsası, Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bu seçkini onların iradəsinin ifadəsi kimi qiymətləndirdilər və onların mövqeyi nəticəsində bu iradə ortaya qoyuldu”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

