/ / Elin Süleymanov: Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək
Elin Süleymanov: Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək
15.04.2016 [10:08]
Amerikada çıxan “The Daily Caller” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək” sərlövhəli məqaləsi dərc olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Ermənistanın işğalçı qoşunları ilə Azərbaycan ordusunun təmas xəttində yaxın vaxtlarda silahlı münaqişənin eskalasiyasından bəhs edilən bu məqalədə beynəlxalq hüquq normalarının və müvafiq öhdəliklərin yerinə yetirilməsinin, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və bölgədə ardıcıl olaraq sülhün bərqərar olmasının zəruriliyi vurğulanır.
Müəllif yazır ki, atəşkəs rejimini Ermənistan pozub, Azərbaycan ordusu isə ona layiqli cavab verib. Bundan bir neçə gün sonra Azərbaycan atəşi birtərəfli qaydada dayandırmasını elan edib, ABŞ və digər qərb ölkələri Azərbaycanın bu addımını tam dəstəkləyiblər. Lakin Ermənistan atəşin dayandırılması haqda təklifi yalnız iki gün keçəndən, Rusiyanın bu məsələyə müdaxiləsindən sonra qəbul edib.
Diplomat daha sonra yazır ki, indi beynəlxalq birlik Ermənistanı atəşkəs rejiminə riayət etməyə, öz işğalçı qoşunlarını Azərbaycandan çıxarmağa və konstruktiv danışıqlara başlamağa çağırmalıdır. Bütün dünyada etnik münaqişələrin çoxaldığı indiki vaxtda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. E.Süleymanov vurğulayır ki, əgər Ermənistan və Azərbaycan bu münaqişəni sülh yolu ilə tənzimləyə bilsə, bu, başqa regionlarda çoxdan davam edən münaqişələrin də həllinə kömək edəcək.
Səfir daha sonra yazır ki, erməni qoşunları Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda 50-dən çox dövlətin liderinin toplaşdığı, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunduğu Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona uğurlu səfəri başa çatandan dərhal sonra hücuma keçiblər. Təəssüf ki, bu eskalasiya zamanı Ermənistanın davranışı onun son 30 ildəki davranışından fərqlənmir. Ermənistanın hərəkətləri nəticəsində münaqişə uzanıb və hər iki tərəfdən təxminən 30 min nəfər həlak olub. Ermənistan qoşunları Azərbaycanın Xocalı şəhərini yerlə yeksan ediblər. Bu zaman 600-dən çox kişi, qadın və uşaq qətlə yetirilib. E.Süleymanov qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadan işğalı davam etdirir. Diplomat beynəlxalq birliyə müraciətlə status-kvo-nun dəyişdirilməsi üçün mümkün tədbirləri görməyə çağırır. O vurğulayır ki, bu münaqişənin tənzimlənməsi regionun geniş iqtisadi inkişafına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

