/ / Siyavuş Novruzov: Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb
Siyavuş Novruzov: Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb
04.05.2016 [10:11]
“Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etməsi, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin əhalisi ilə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb. Bu addım bir daha sübut etdi ki, cənab Prezident hər zaman Azərbaycan vətəndaşlarının yanındadır”. Bu fikirləri “apa.tv”-yə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, dövlət başçısının səfər çərçivəsində əhali ilə görüşməsi, yaralı insanlara baş çəkməsi, dəyən zərərin aradan qaldırılması üçün tapşırıqların verilməsi tariximizdə mühüm bir hadisədir. Onun sözlərinə görə, ölkə Prezidentinin həmin bölgədə yaranmış vəziyyətə dərhal reaksiya verməsi də bunu təsdiqləyir.
“Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın ən güclü ordusudur, eləcə də postsovet məkanında da ən güclü ordudur. Dövlət başçısı səfəri zamanı ordunun təchizatı, hərbçilərin ruh yüksəkliyini, döyüş qabiliyyətini çox yüksək qiymətləndirdi”, - deyən S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin cəbhə xəttində yaşayan insanlarla görüşməsi, onların problemləri, dəymiş ziyan barədə onlardan şəxsən məlumat alması, baş verənləri canlı şəkildə görməsi əhali arasında nikbinlik və ölkə rəhbərliyinə inamın möhkəmlənməsində mühüm amildir.
“Dövlət başçısı qeyd etdi ki, müharibə hələ bitməyib. Əgər sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq. Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca hər hansı sülhdən söhbət gedə bilməz. Cəmiyyətimizin bütün təbəqələri də Ali Baş Komandan ətrafında birləşiblər və hər an Onun çağırışına hazırdırlar. Bu haqda ayrı-ayrı siyasi partiyalar, QHT-lər, gənclər və s. qurumlar bəyanatlar səsləndiriblər. Cənab Prezidentimizin bu səfərini bütün dünya izlədi və Ermənistanın işğalçılıq siyasətinin bir daha şahidi oldu. Hesab edirəm ki, qarşı tərəf də bu barədə düşünməlidir və Azərbaycanın haqlı tələbini yerinə yetirərək işğalçılıq siyasətindən əl çəkməlidir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

