/ / Səfir: Azərbaycan Aİ tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir
Səfir: Azərbaycan Aİ tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir
11.01.2017 [10:07]
Azərbaycan Avropa İttifaqı (Aİ) tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir. Bu, əvvəllər baş verməyib, çünki adətən Avropa İttifaqı sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir.
Bu fikirləri Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov “EurActiv” portalına müsahibəsində söyləyib.
Səfir deyib: “Bizim münasibətlərin gələcəyinə dair fikrimiz ondan ibarət idi ki, onlar strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr olmalıdır. Bunlar, Riqa Zirvə görüşü zamanı Avropa Komissiyasına təqdim edilmiş yeni sənəd layihəsinin əsas elementlərindən idi. Bu, kifayət qədər aydındır. Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və digər müxtəlif sahələrdə Aİ-nin həqiqi tərəfdaşına çevriləcək. Biz bu əməkdaşlıqdan hər hansı möcüzə gözləmirik, bizim buna dair çox praqmatik yanaşmamız var. Anlamaq lazımdır ki, siyasi dialoqun bütün elementləri çox möhkəm əsaslara arxalanmalıdır. Məsələn, Avropaya gedən Cənub Qaz Dəhlizi bizim əməkdaşlıq üçün hazırda və gələcəkdə çox yaxşı təməl rolunu oynayır. Azərbaycan həm də coğrafi cəhətdən Asiya və Avropa üçün aşkar nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən, siyasi dialoq üçün çox möhkəm əsasımız var. Bu proseslər sinxronlaşdırılmalıdır və bu səbəbdən, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycanla danışıqların aparılması üçün mandat verilməsi bizi sevindirir. Ümid edirik ki, danışıqlar tezliklə başlayacaq. Danışıqlar çətin ola bilər, lakin əminəm ki, növbəti aylarda nəticələr bilinəcək”.
“Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı suala cavabında səfir bildirib ki, bu layihə hər iki tərəf - Aİ və Azərbaycan üçün çox önəmlidir. “Mən, hətta “hər iki tərəf” demək istəmirəm. Əvvəlcə, bu layihəyə cəlb olunmuş ölkələr və şirkətlər üçün əhəmiyyət daşıyır. Bu, çox önəmlidir. İkincisi, bu, həqiqi layihə idarəçiliyi məsələsidir. Bu layihə həm də Şərq Tərəfdaşlığının uğuru üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu, həm də enerji barədə, doğma Avropanın gələcəyi barədədir. Bu, bizim üçün də əhəmiyyətlidir, çünki enerji olmadan gələcəyi qurmaq olmaz. Biz bunu həm yeni ixrac bazarı, real gəlir üçün imkan və nəhayət, siyasi və praktik dialoq üçün çox yaxşı və möhkəm əsas kimi görürük”, - deyə F.İsgəndərov bildirib.
Səfir qeyd edib ki, Azərbaycan sivilizasiyaları və mədəniyyətləri birləşdirməyi bacaran ölkədir. Bu ölkə coğrafi cəhətdən sivilizasiyaların kəsişməsində yerləşir. Təəssüf ki, tarixdən göründüyü kimi, bir çox hallarda bu yolayrıcıları döyüş meydanlarına çevrilir. Biz isə körpülər qurmağı bacardıq və buna çox sevinirik. Bizim modelimiz avropalı dostlarımıza nümunə ola bilər. Çünki Azərbaycan dünyəviliyin və Avropa yaşam tərzinin harmoniya olunduğu müsəlman çoxluğa malik bir ölkədir. Şərq tərəfdaşlarından biri kimi Azərbaycan təcrübəsi avropalı dostlarımız üçün faydalı ola bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat bu problemin 25 ildir ki, həll edilməmiş olaraq qaldığını söyləyib. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var və işğal edilmiş ərazilərdə bir nəfər də azərbaycanlı yoxdur. Bu, Azərbaycan üçün böyük problemdir və biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki Şərq Tərəfdaşlığına üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir. Avropa İttifaqının səsi bu məsələdə daha ucadan gəlməlidir.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dair suala cavabında səfir deyib ki, bu yaxınlarda ölkəmizdə postneft erası ilə bağlı yol xəritəsi qəbul edildi. Növbəti illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün ən ciddi prioritetlərdən biri olacaq. Əlbəttə ki, enerji sahəsindəki fəaliyyətlərimizə davam edəcəyik. Lakin iqtisadiyyatın inkişaf etdirilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Misal üçün, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət. Biz Aİ-dən olan dostlarımızla onların bu sahədə malik olduqları təcrübəni nəzərə alaraq davamlı və konstruktiv danışıqlar aparmaq istərdik.
Səfir qeyd edib ki, Azərbaycanın Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətləri yoxdur, hətta bəzi ölkələrlə strateji tərəfdaşıq: “Ölkələrin bir çoxu ilə ikitərəfli müstəvidə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik. Biz hazırda yardım axtarışında deyilik. İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır. Aİ qurumları ilə paralel olaraq üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. İstər Aİ qurumları, istərsə də üzv ölkələrin daimi nümayəndəlikləri ilə gözəl dostluq əlaqələri qurmuşuq. Hər iki istiqamətdə də işləyirik”.
Xəbər lenti
Hamısına baxSosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24

