Azərbaycan Ordusu işğalçı Ermənistanın təxribatçı hərəkətlərinə layiqli cavab verib
01.03.2017 [10:02]
Düşmən ordusu Azərbaycan Ordusunun şücaəti və qətiyyəti qarşısında geri çəkilməyə məcbur olub
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində qeyri-konstruktiv mövqe sərgiləyən, danışıqlar prosesinin pozulmasında maraqlı olduğunu nümayiş etdirən işğalçı Ermənistan təxribatçı hərəkətlərini davam etdirir. Bəlli olduğu kimi, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib. Lakin qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Bütövlükdə isə, Azərbaycan Ordusu Ermənistanın bütün cəbhəboyu təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alıb.
Əlbəttə, Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməsi öz növbəsində işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqeyini davam etdirdiyini göstərir. Beynəlxalq hüquq normalarını kobudcasına pozan, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan bununla həm də daxili siyasi problemlərdən diqqəti yayındırmağa çalışır. Bu isə, heç şübhəsiz, dünya ictimaiyyəti tərəfindən ciddi qınaq obyektinə çevrilməli, eləcə də Ermənistanın təxribatçı hərəkətlərinə qarşı adekvat tədbirlər görülməlidir.
Digər tərəfdən, Ermənistanın təxribatçı hərəkətləri ilə yanaşı, beynəlxalq konvensiyaların tələblərini pozması da bir daha dünya ictimaiyyəti tərəfindən müşahidə edildi. Belə ki, Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozmaqla da təxribatçı mövqedə olduğunu göstərib. Şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistanın beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürməsi bunun bariz nümunəsidir. Yeri gəlmişkən, şəhid olmuş hərbi qulluqçularımızın nəşləri artıq beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından çıxarılıb.
Bütün hallarda Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verməklə istənilən döyüş tapşırığını yerinə yetirmək və işğal edilmiş torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Aprel döyüşləri ilə yanaşı, son hadisələr də işğalçı Ermənistana ciddi dərs oldu. Ermənistan isə növbəti dəfə anladı ki, danışıqlar prosesini pozmaq və ya siyasi manipulyasiya etmək üçün təxribat törətmək yoluna istinad edərsə, bu, ciddi uğursuzluqla nəticələnəcək, Azərbaycan Ordusu tərəfindən layiqli cavab alacaq. Digər tərəfdən, Azərbaycan Ordusunun qətiyyəti Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi olduğunu növbəti dəfə əks etdirdi. Buna paralel olaraq Azərbaycan xalqının Milli Ordumuza olan inam və dəstəyi də cəmiyyətimizdə mövcud əhval-ruhiyyənin müsbət olduğunu göstərdi. Düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın Vətən uğrunda ortaya qoyduqları şücaət xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Bütövlükdə, bütün bunlar konkret bir reallığı ifadə edir: Azərbaycan işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31

