Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur
01.11.2017 [10:04]
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq
Məlum olduğu kimi, oktyabrın 30-da inamlı inkişaf yolu tutan, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda daha bir əlamətdar hadisə yaşanıb. Belə ki, həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Qeyd edək ki, Avropanı Asiya ilə birləşdirən yeni dəmir yolu bağlantısının yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi mühüm rol oynayıb. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub.
Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir
Azərbaycanın moderatorluğu ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Çox haqlı olaraq yeni dəmir yolu bağlantısını iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edirlər. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında yeni dəmir yolu xəttinin önəmindən bəhs edərək vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı, əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq”.
Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Çünki yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Verilən məlumatlara əsasən, artıq Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları arasında ilk yüklərin keçirilməsi üçün müqavilələr hazırlanıb. İlk olaraq 400 min tona yaxın taxıl yükləri, Rusiyadan gələn kömürlərin, taxtanın keçirilməsi üçün danışıqlara başlanılıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi səmərəliliyi də kifayət qədər yüksəkdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, yeni dəmir yolu bağlantısı ilə yüklər 16-18 saata daşınacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına isə gələn ildən başlanılacaq. İlkin mərhələdə BTQ ilə ildə 1 milyon sərnişin daşınacaq və sonrakı mərhələdə bu rəqəm 2 milyona çatdırılacaq. Artıq İsveçrənin “Stadler” zavoduna 30-a yaxın sərnişin vaqonu sifariş edilib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq, qarşılıqlı etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmağa imkan verib
Məlum olduğu kimi, regionun üç dövləti - Azərbaycan, Türkiyə və Gürcüstan xalqlarımızın tarixi dostluq ənənələrinə sadiq qalaraq bu gün də ikitərəfli və çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Hər üç dövlət mütəmadi olaraq regional və qlobal əhəmiyyət daşıyan yeni əməkdaşlıq platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edirlər. İndiyədək bu üç ölkə bir sıra enerji layihələrində uğurla əməkdaşlıq ediblər.
Üç ölkənin əməkdaşlığı sayəsində 2006-cı ildə böyük tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bəhs olunan kəmər Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir. Əlamətdar haldır ki, hazırda bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir. Bu üç ölkə arasındakı əməkdaşlıq hesabına 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri inşa edilib. Bu layihə bu gün də üç dost ölkənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Azərbaycan, Türkiyə və Gürcüstan, eyni zamanda, öz elektrik xətlərini birləşdirib və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir.
Dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” də Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Hazırda layihənin icrası uğurla gedir.
Açılış mərsimində qeyd edildiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş bəhs olunan layihələrin əsasında yaradılıb. Əgər əvvəlki illərdə enerji, neft-qaz sahəsində nəhəng, böyükmiqyaslı layihələr icra etməsəydi, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da mümkün olmazdı. Rəsmi Bakının güclü siyasi iradəsi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verib. Prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir”.
Şübhə yoxdur ki, üç dost ölkə arasında əməkdaşlıq bundan sonra daha da dərinləşəcək. Buna əminliyini ifadə edən Prezident İlham Əliyev deyib: “Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.
Azərbaycanda yaradılan güclü nəqliyyat infrastrukturu BTQ-nin fəaliyyətinə müsbət təsir göstərəcək
BTQ-nin təntənəli açılış mərasimində yeni dəmir yolu bağlantısının səmərəli fəaliyyət göstərəcəyinə və öz funksionallığını getdikcə artıracağına böyük inam ifadə olunub. Buna zəmin yaradan ən mühüm amil isə son 13 ildə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda müasir yol-nəqliyyat infrastrukturunun qurulmasıdır. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ölkə ərazisində nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. O cümlədən ölkəmiz müstəqillik illərində Şərq-Qərb nəqliyyat dəhlizinin digər seqmentləri üzrə genişmiqyaslı layihələr reallaşdırıb ki, bütün bunlar da indiki mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə müsbət təsir göstərəcək. Son 13 ildə ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır.
Azərbaycan Qədim İpək Yolunun ölkəmizin ərazisindən keçən hissəsinin yüksək səviyyədə yenidən qurulmasına böyük diqqət göstərir. İndiyədək respublikamızda Şərq-Qərb dəhlizi boyunca bir sıra layihələr reallaşdırılıb. Elə Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər.
Ümumiyyətlə, ölkəmizin ərazisində Şərq-Qərb nəqliyyat dəhlizi boyunca görülən işlərin miqyası kifayət qədər genişdir. Dəhlizin digər seqmentləri, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması üzrə reallaşdırılan layihələr sayəsində yaradılan müasir infrastruktur Bakı-Tbilisi-Qars dəmir yolu ilə birlikdə ölkəmizin tranzit imkanlarını müqayisəyəgəlməz dərəcədə artıracaq. Prezident İlham Əliyev son illərdə Azərbaycanda yaradılan güclü nəqliyyat infrastrukturunun həm ölkəmiz, həm region, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35

