/ / BMT-nin korrupsiya əleyhinə beynəlxalq tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb
BMT-nin korrupsiya əleyhinə beynəlxalq tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb
08.11.2017 [09:46]
Noyabrın 6-da Avstriyanın Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 7-ci sessiyası başlayıb. Tədbirdə Konvensiyaya tərəf 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndə iştirak edir.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov təmsil edirlər.
Konfransın 7-ci sessiyasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər, beynəlxalq əməkdaşlıq və digər sahələr üzrə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri İnam Kərimov tədbirin açılış mərasimində çıxış edib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və dövlət proqramlarından danışıb. O, Azərbaycanın genişmiqyaslı islahatların həyata keçirildiyi, regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı, sabitlik, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkan olduğunu diqqətə çatdırıb, ölkəmizin Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci yerə layiq görüldüyünü bildirib.
Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini deyən İ.Kərimov ölkəmizin təkmil antikorrupsiya qanunvericiliyinə malik olduğunu, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış orqanların bu sahədə sistemli fəaliyyət göstərdiyini qeyd edib.
İnam Kərimov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, Azərbaycan brendi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti, xarici ölkələrin bu modelə maraqlı olması və bəzi ölkələrin artıq “ASAN xidmət” modelini tətbiq etməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, təsis edildiyi vaxtdan indiyədək “ASAN xidmət” 11 mərkəzi və mobil xidmətləri ilə 18 milyondan çox vətəndaşa xidmət göstərib. Əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətə görə 2015-ci ildə “ASAN xidmət” BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.
Konfransın gedişində “ASAN xidmət” brendinin tarixini və fəaliyyətini əks etdirən jurnallar iştirakçılara təqdim olunub.
Tədbir çərçivəsində, həmçinin nümayəndə heyətinin digər üzvlərinin də çıxışları nəzərdə tutulur.
Konfrans işinə noyabrın 10-da yekun vuracaq.
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30

