Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycanda ədalətli, demokratik, azad seçki keçirilməsi üçün münbit şərait var

Siyavuş Novruzov: Azərbaycanda ədalətli, demokratik, azad seçki keçirilməsi üçün münbit şərait var

14.02.2018 [10:10]

“Azərbaycanda ədalətli, demokratik, azad seçki keçirilməsi üçün münbit şərait var. Qanunvericiliyə uyğun olaraq, hər bir siyasi partiya öz namizədini irəli sürə bilər”. Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, prezidentliyə namizədliyini irəli sürmüş hər bir şəxs üçün şərait var.
Siyavuş Novruzov bəzi müxalifət partiyalarının seçkiləri boykot qərarının arxasında bəlli səbəblər gizləndiyini deyib: “Seçkilərdə partiya rəhbərlərinin bir hissəsi iştirak edib, digər hissəsi iştirak etmirsə, bunun səbəbləri tamamilə başqadır. Səbəb ondan ibarətdir ki, o təşkilatlar xaricdən maliyyələşir. Onların bəziləri erməni lobbisinin, müəyyən təşkilatların təsiri altındadır. Onlara göstəriş verilib ki, “seçkilərdə iştirak etməyin”. Onlar da iştirak etməkdən imtina ediblər. Ümumiyyətlə, onlara göstəriş versələr ki, “seçkilərdə iştirak edin”, edəcəklər, yaxud da əksinə. Bunlar nə dərnəyin üzvlərinin, nə də onların adi rəhbərinin qərarı ilə deyil, hansısa ayrı-ayrı ölkələrin, qeyri-hökumət təşkilatlarının, pul verən şəxslərin tapşırığı ilə oturub-dururlar.
Prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 20-yə çatıb. Kimlər ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədlərini düzgün təqdim edəcəksə, imzalarını toplayıb verəcəksə, o da qeydiyyatdan keçəcək”.

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30