/ / Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
15.02.2018 [10:23]
Fevralın 14-də Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın ictimai-siyasi və sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə qeyd edib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır. Həmçinin tədbirin keçirilməsinin daha bir məqsədi bu ilin aprelində keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka dəvət etməkdir.
Rəna Mirzəzadə hər bir vətəndaşımızı “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən dövlətimizin başçısı İlham Əliyevə prezident seçkilərində dəstək olmağa çağırıb.
Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz suveren dövlətinə sahib oldu. Lakin müstəqilliyimizin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini xüsusi qeyd etmək lazımdır. Sona Vəliyeva Azərbaycan qadınlarını bu hüquqdan istifadə edərək apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dünyada öz sözü olan lider dövlətlərdən birinə çevirib. Məhz buna görə də dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan xalqının seçimidir.
Türkiyədə yaşayan, Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor Aygün Attar təkcə Azərbaycanda yaşayan qadınları deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan qadınları, eləcə də bütün azərbaycanlıları seçkilərdə yekdilliklə Prezident İlham Əliyevə səs verməyə çağırıb. Ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlarına, Azərbaycanın dünyadakı nüfuzuna, Prezident İlham Əliyevin fəaliyyətinə həsr etdiyi məqalələrindən danışan professor ölkəmizin uğurlarından qürur duyduğunu vurğulayıb.
İctimai xadim Tərlan Musayeva, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyeva, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədr müavini Afət Xanbabayeva, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda - 1991-ci ildə bərpa olundu. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.
Sonda konfransın qətnaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17

