Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyinə həsr edilən beynəlxalq futbol turniri ilə əlaqədar Milli Məclisdə tədbir keçirilib

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyinə həsr edilən beynəlxalq futbol turniri ilə əlaqədar Milli Məclisdə tədbir keçirilib

10.03.2018 [01:04]

Martın 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında beynəlxalq futbol turnirinin başlaması ilə əlaqədar Milli Məclisdə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncamdan danışıb. Bildirilib ki, Milli Məclis də yubiley tədbirlərində fəal iştirak edir. Bu tədbirlər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında beynəlxalq futbol turnirinə start verilir. Milli Məclis indiyədək bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Lakin bu futbol turniri idmanla siyasəti özündə birləşdirdiyi üçün parlament belə bir tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Ona görə də bu turnir həm ölkəmizin, həm də parlamentimizin tarixində baş tutacaq ilk belə beynəlxalq tədbirdir.
Turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə martın 9-11-də Bakı şəhərində keçiriləcək.
Tədbirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, idman siyasətini tətbiq etməklə Azərbaycanın mövqeyini beynəlxalq arenada möhkəmləndirmək və onu tanıtmaqdır. Komitə sədri turnirin təşkilinə görə Milli Məclisin rəhbərliyinə və müvafiq qurumlara təşəkkürünü bildirib.
Çıxış edən Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, Türkiyə Böyük Millət Məclisinin idman klubunun rəhbəri, sabiq deputat Adəm Tatlı turnirə uğurlar arzulayıblar.
Sonra Milli Məclisin Gənclər və idman komitəsi ilə Latviya parlamentinin müvafiq komitəsi arasında Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, 2017-ci il noyabrın 1-də Milli Məclisin Gənclər və idman komitəsi ilə Ukrayna Ali Radasının müvafiq komitəsi arasında analoji saziş imzalanıb. Türkiyə və Polşa parlamentlərinin də müvafiq komitələri ilə analoji sazişlərin imzalanması nəzərdə tutulub. Tədbirdə futbol turnirində iştirak edəcək nümayəndə heyətlərinə təşəkkürnamələr təqdim olunub.
Sonra futbol turniri ilə bağlı püşkatma keçirilib. Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda Polşa və Türkiyə komandaları qərarlaşıb. Ukrayna komandası birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna komandası ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30