/ / “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi”
“Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi”
17.03.2018 [09:33]
Altıncı Qlobal Bakı Forumu çərçivəsində daha bir panel iclası “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi” mövzusuna həsr edilib.
Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Albaniya Respublikasının Prezidenti İlir Meta çıxış edib. Balkanların tarix boyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyən dövlət başçısı əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir. Avropa İttifaqına daxil olmaq bu region ölkələri üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində bölgədə sülh əldə edilib.
Prezident İlir Meta qeyd edib ki, TAP, TANAP layihələri önəmlidir və enerji təhlükəsizliyinə böyük töhfədir.
Moldova Respublikasının Prezidenti İqor Dodon deyib ki, hazırda dünyada fərqli hadisələr baş verir. Buraya təbii fəlakətlərlə yanaşı, kataklizmləri, münaqişələri, terror aktlarını və digər bu kimi hadisələri aid etmək olar. Bu cür hallara qarşı vahid yanaşmanın olmaması vəziyyəti daha da pisləşdirir. Böyük qüvvələr öz aralarında razılığa gələ bilmir və bunun əziyyətini kiçik dövlətlər çəkir. Balkanlar da belə regionlardandır.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi İstvan Mikola hazırda qanunsuz miqrantlara görə Balkanlarda vəziyyətin bir qədər çətinləşdiyini bildirib. O, məsələnin ciddiliyinin nəzərə alınaraq problemin bütün dünyanın diqqətində olmasının vacibliyini qeyd edib.
Albaniyanın keçmiş Prezidenti Buyar Nişani tarixən Balkan regionunda böyük tarixi hadisələrin yaşandığını xatırladıb. “Balkanlar Avropa ilə Asiyanı birləşdirən qovşaqdır. Tarix dəyişsə də, Balkanlara aid siyasi maraqlar olduğu kimi qalır. Xoş haldır ki, hazırda regionda sülh əldə edilib. Lakin bəzi problemlər hələ də həllini gözləyir” - deyə o bildirib.
Xorvatiyanın keçmiş Prezidenti İvo Yosipoviç bu gün Balkanların həm daxili, həm də xarici təsirlərə məruz qaldığını bildirib. O deyib ki, bu, bir çox hallarda iqtisadiyyatın zəifliyi ilə bağlıdır: “Uzun illər regionun müharibə meydanı olması da buna öz təsirini göstərir. Buna görə də regionda bir sıra islahatlar aparılmalıdır”.
Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov bir çox region ölkələrinin Avropa İttifaqına daxil olmaq üçün müraciət etdiklərini deyib. “Biz Avropa standartlarına uyğun, sabit Balkanlar görmək istəyirik. Bu region da Avropanın tərkib hissəsidir və burada digər Avropa ölkələri kimi sabitlik, inkişaf olmalıdır”, - deyə o qeyd edib.
Serbiyanın keçmiş Baş naziri Mirko Tsvetkoviç isə deyib ki, hətta inkişaf etmiş ölkələrdə belə tənəzzül zamanı böyük çətinliklər yaşanır. Kiçik dövlətlərdə isə bu, özünü daha qabarıq göstərir. Buna görə də kiçik dövlətlərdən ibarət olan Balkanlar belə hallara qarşı birgə mübarizə aparmalıdırlar.
İclas işini müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

