Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənclərin seçimi cənab İlham Əliyevdir

Gənclərin seçimi cənab İlham Əliyevdir

23.03.2018 [10:13]

Martın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının gəncləri 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının prezidenti seçkilərinə həsr edilmiş “İLHAMLA İRƏLİ” açıq hava mitinqi keçirib.
Tədbirdə 1500-dən çox gənc iştirak edib. Tədbirə qatılan gənclər qarşıdakı 7 il ərzində daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə səslənərək 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı seçiciləri aprelin 11-də fəal olmağa səsləyib: “Son 15 il ərzində cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Xalq yenidən cənab İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaq”.
Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər öz liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi canlı, açıq havada İLHAMLA İRƏLİ flaşmobunu hazırlayıblar.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30