/ / General-mayor Ənvər Əfəndiyev: Təlimlər göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını icra etməyə qadirdir
General-mayor Ənvər Əfəndiyev: Təlimlər göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını icra etməyə qadirdir
31.05.2019 [10:35]
Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlər, Beynəlxalq Ordu Oyunları-2019 yarışları və Silahlı Qüvvələrimizin döyüş hazırlığı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab general, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri barədə fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, 2019-cu il Azərbaycan Ordusunun hazırlıq planına uyğun olaraq mayın 20-dən 24-dək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib. Təlimdə həm döyüş əməliyyatlarının planlaşdırılması üzrə qərargahların hazırlığı, həm də hərbi hissələrin taktiki fəaliyyətinin icrası üzrə praktiki vərdiş və bacarıqlar yoxlanıldı. Əməliyyat-taktiki təlimin digər taktiki təlimlərdən fərqi ondadır idi ki, bu təlim zamanı bölmələrin gecə şəraitində hücum əməliyyatının aparılması üzrə taktiki fəaliyyəti nümayiş etdirilib. Təlimə cəlb edilmiş bölmələr bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəliblər. Bölmələr taktiki qrupların tərkibində düşmənin gizli postlarının, onun yaxın taktiki dərinlikdəki mövqelərinin hücumla ələ keçirilməsini, ordu aviasiyasının, artilleriyanın atəş dəstəyi ilə hücumun dərinliyə genişləndirilməsini nümayiş etdiriblər.
Gecə şəraitində keçirilən bu taktiki təlim uğurla başa çatdı. Təlimi müşahidə edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti istər hədəflərin atəşlə məhv edilməsi bacarığını, istərsə də bölmələrimizin taktiki fəaliyyətini yüksək qiymətləndirdi. Gecə şəraitində döyüş əməliyyatı aparmaq, təlim keçirmək daha çox xüsusi hazırlıq, vərdişlər, biliklər, o cümlədən müvafiq avadanlıq, müşahidə cihazları tələb edir. Bu təlim göstərdi ki, hazırda ordumuzda olan texnikalar, hava hücumu vasitələri, helikopterlər, təyyarələr gündüz olduğu kimi, gecə də döyüş aparmaq qabiliyyətinə malikdir. Bizdə bütün texnikalarda gecə müşahidə aparmaq, atəş açmaq üçün lazım olan müşahidə cihazları, optik cihazlar artıq mövcuddur. Şəxsi heyət bundan yüksək səviyyədə, məharətlə istifadə etməyi bacarır. Göstəriş verildi ki, bütün hərbi hissələrdə, birliklərdə ilin sonunadək belə gecə təlimləri keçirilsin. Bu, həm də bir növ nümunəvi təlim idi. Komandirlər metodik vərdişlərini, bilik səviyyələrini artırdılar.
- Bu təlimlər bir daha göstərdi ki, Azərbaycan Ordusunun hərbi qüdrəti düşməni qorxuya salıb. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, Ermənistan tərəfi Azərbaycan Ordusundan qorxur və qorxmalıdır. Çünki mən eşitməmişəm ki, Ermənistan silahlı qüvvələri nə vaxtsa gecə təlimi keçirsin. Onlar da başa düşürlər ki, gecə təlimi keçirmək, gecə döyüşü aparmaq nə qədər çətin və mürəkkəb işdir. Düşmən görür ki, Azərbaycan Ordusu bunu bacarıqla, yüksək səviyyədə təşkil edir və keçirir. Buna görə, təbii ki, düşmən tərəfi qorxuya düşəcək və qorxmalıdır.
Bilirsiniz ki, təlimlər müxtəlif olur. Qərargah təlimləri və taktiki təlimlər var. Qərargah təlimlərində ancaq qərargahlar iştirak edir və orada iş planlaşdırma ilə başa çatır. Amma taktiki təlimlərdə planlaşdırılan iş bölmələr tərəfindən praktiki şəkildə yerinə yetirilir. Ola bilsin ki, düşmən ancaq qərargah təlimləri keçirir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Ermənistan ordusunun silah və texnikası yaxşı vəziyyətdə deyil. Onların tankları fəaliyyət göstərə bilmədi. Demək olar ki, texnikalarında nasazlıqlar, çatışmazlıqlar kifayət qədər idi. Yoxsa onlar da belə təlimlər keçirərdilər. Ermənistan ordusu belə təlimləri ancaq sözdə keçirə bilər, bunu reallıqda edə bilməz.
Bilirsiniz ki, ordumuzun Bakıda və digər bölgələrdə bir neçə təlim məntəqələri var. Azərbaycan Ordusunun keçirdiyi sonuncu təlim mərkəzi düşmənin ön xəttindən 9-10 kilometr məsafədədir. Gecə əlbəttə partlayış səsləri daha yaxşı eşidilir. Biz bu təlimi mətbuatda işıqlandırmasaq da, ermənilər bunu görüblər və ona görə də qorxu içindədirlər.
- Cənab general, bir qədər də hərbi təhsillə bağlı görülən işlərdən danışmağınızı xahiş edirəm.
- Ölkəmizdə hərbi təhsil qanunvericiliyə uyğun təşkil olunur. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd qəbulu prosesi başa çatıb. İndi sənəd verən şəxsi heyətin tibbi müayinədən keçməsi prosesi gedir. Hərbi Lisey üzrə bu il sənəd verənlərin sayı ötən illə müqayisədə 4-5 dəfə çoxdur. Ali Hərbi Məktəbə də sənəd verənlərin sayı artıb. 2014-cü ildən sonra Ali Hərbi Məktəbə və Hərbi Liseyə qəbul imtahanında keçid balının qaldırılmasına baxmayaraq, hər il qəbulda artım müşahidə olunur. Bu hərbi təhsil müəssisələrinə əvvəllər 100-120 balla daxil olmaq mümkün idisə, indi keçid balı 230-dur. Buna baxmayaraq, müraciət edənlərin sayında artım var. Bu, sevindirici haldır. Çünki müraciət edən çox olanda biz onların arasından daha yaxşılarını seçə bilirik. Bu, o deməkdir ki, əgər yaxşıları seçiriksə gələcəkdə bizim kadrlarımız daha hazırlıqlı, bilikli və savadlı olacaqlar.
- Beynəlxalq Ordu Oyunları-2019 yarışları ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?
- Beynəlxalq Ordu Oyunları 2015-ci ildən keçirilir. Bu il Oyunlar beşinci dəfə təşkil ediləcək. Azərbaycan da 2015-ci ildən Beynəlxalq Ordu Oyunlarında iştirak edir. Həmin il biz bir yarışda - Dəniz Kubokunda iştirak etdik. 2016-cı ildə üç yarışa qatıldıq, bu il isə altı müsabiqədə iştirak edəcəyik. Oyunlara hazırlıqla bağlı ildə iki-üç dəfə Moskvada konfranslar keçirilir. Bu il mayın 20-də sonuncu - dördüncü planlaşdırma konfransı oldu. Orada bütün iştirakçı ölkələrin nümayəndələri yarışların keçirilməsinə hazır olduqları barədə məruzə etdilər.
Builki oyunlarda 32 müsabiqə üzrə 34 ölkədən 216 komanda iştirak edəcək. Bu müsabiqələrdən biri qışda keçirilib. Qalan 31 müsabiqə 10 ölkədə təşkil olunacaq. 2015-ci və 2016-cı illərdə müsabiqələr ancaq Rusiyada keçirilirdi. Amma 2017-ci ildən etibarən yarışların digər ölkələrdə də keçirilməsinə başlanıldı. Builki oyunlarda qalan 31 müsabiqənin 15-i Rusiyada, 16-sı digər ölkələrdə təşkil olunacaq. Azərbaycanda bir müsabiqə - Dəniz Kuboku-2019 keçiriləcək. Burada dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbçiləri iştirak edəcəklər. İki ölkə - Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində təmsil olunacaq. Özbəkistanda bir, Monqolustanda bir, Çində dörd, Qazaxıstanda üç, İranda iki, Hindistanda bir, Belarusda iki, Ermənistanda isə 1 müsabiqə keçiriləcək.
Bu yarışlara ev sahibliyi edən ölkələrin nümayəndələrindən ibarət təşkilat komitəsinin toplantılarında müsabiqələrin əsasnamələri, qaydaları təsdiqlənir. Artıq bütün ölkələr bəyan ediblər ki, müsabiqələrin keçirilməsinə hazırdırlar. Avqustun 3-də Beynəlxalq Ordu Oyunlarının Moskvada açılış mərasimi keçiriləcək. Avqustun 17-də isə bağlanış mərasimi və mükafatlandırma olacaq. Bakıdakı Dəniz Kuboku-2019 müsabiqəsinin açılışı avqustun 5-də, bağlanış mərasimi isə ayın 15-də keçiriləcək.
Xüsusi vurğulamaq istəyirəm ki, müsabiqələrin keçirilməsi üzrə beynəlxalq toplantılarda Azərbaycanda bu yarışların yüksək səviyyədə təşkil olunduğu qeyd edilir. Bu il isə quraşdırılacaq xüsusi stendlərdə hər ölkədəki müsabiqələr barədə məlumatlar əksini tapacaq.
- Builki Beynəlxalq Ordu Oyunlarına hazırlıq necə gedir?
- Hazırlıq işləri uzun prosesdir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 1-də Beynəlxalq Ordu Oyunlarına hazırlıq barədə əmr imzalayıb. Əmrə əsasən, altı müsabiqədə iştirak edəcək komandalarımızın rəhbərləri, məşqçiləri təyin olunub. Azərbaycan Ordusu üzrə müvafiq müsabiqələr artıq keçirilib və ölkəmizi təmsil edəcək komandanın seçilməsi üçün namizədlər müəyyənləşib. Aprelin sonundan etibarən həmin komandaların hazırlığı prosesi gedir. Mayın sonunadək həmin namizədlər arasından yekun komandaların tərkibini təyin edəcəyik. Hazırlıq müddətində seçilmiş həmin komanda əlavə olaraq 1 ay 20 gün məşq edəcək. İndi bu proses gedir. Biz buna çox ciddi yanaşırıq.
- Azərbaycan Ordusunun döyüş hazırlığı ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Ordusunun döyüş hazırlığı 2019-cu il üçün nəzərdə tutulmuş plan üzrə həyata keçirilir. Plandakı bütün tələb və normalara tam əməl olunur. Elə bir tədbirimiz yoxdur ki, biz onu keçirə bilməyək. Bütün tədbirlər plan üzrə davam edir. Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30

