Azərbaycan UNESKO ilə əməkdaşlıqla beynəlxalq səviyyədə dünya irsinin qorunmasına dəstək verir
09.07.2019 [10:26]
Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan bir neçə gündür ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edir. Bu dəfə ölkəmiz ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışlarının səsləndirilməsinə, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub. Qarşılıqlı inam və etimada söykənən Azərbaycan-UNESKO əməkdaşlığı nəticəsində ölkəmiz, həmçinin milli-mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verir.
Bu fikirləri Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Pərvin Kərimzadə bildirib ki, tarixi-mədəni abidələrin Ümumdünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində, müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə keçən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçı ölkələrə həm də bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar da sessiyanın tribunasından Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib, multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər. Bütün bunlar sülhün, dayanıqlı inkişafın, qlobal və regional sabitliyin ölkəmizin əsas hədəflərindən olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub saxlayaraq dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıb. Bu siyasətin nəticəsi olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.
“Təsadüfi deyil ki, tarixən beynəlxalq karvan - ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə malik, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrs Siyahısına daxil edilməsi minillərlə bu coğrafiyada yaşayan, etnik milli xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına verilmiş ali qiymətdir”, - deyə Pərvin Kərimzadə qeyd edib.
Milli Məclisin deputatı bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu, ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını qeyd edib.
Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti mədəni landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz ənənələrimiz, aşıq, misgərlik, kəlağayı və xalça sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bir çox tədbirlər UNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan-UNESKO əlaqələrinin yüksələn xətlə inkişafda olduğunu göstərir.
Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Heydər Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir. UNESKO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban Əliyeva haqqında söylədiyi “Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” sözləri isə UNESKO-nun xoşməramlı səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə verilən qiymətdir.
Bu il ölkəmizdə keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və turizm imkanlarının təşviq olunmasına öz töhfəsini verdi.
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55

