/ / Hikmət Babaoğlu: Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir
Hikmət Babaoğlu: Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir
14.08.2020 [11:50]
Hazırkı mürəkkəb geostrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində, istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və olduqca aktualdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, son hadisələr bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev milli məsələlərdə və milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi-siyasi maraqlarını qoruyur, milli maraqlarımızın təmin edilməsində prinsipiallıq nümayiş etdirir. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məslələrə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorunması baxımından olduqca vacibdir: “Məsələ ondadır ki, artıq uzun müddətdir Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu daim davam edib. Hətta 1997-ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənisatana pulsuz olaraq verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyul tarixində Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir. Bu, əsla yolverilməzdir. Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. İkincisi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil, üçüncüsü, bu, ölkənin regionumuzdakı tarixi-siyasi və mənəvi məsuliyyətinə uyğun deyil. Çünki Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa, regiondakı status-kvonu legitimləşdirmək cəhdidir və nəhayət strateji müttəfiq kimi Azərabycanın milli maraqlarını görməzdən gəlməkdir ki, bunların da heç birinin nə hüquqi, nə siyasi bəraəti ola bilməz.
Əgər Minsk Qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk Qrupuna üzv olan ölkələrdən digərləri həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyə Cümhuriyyətidir. Hələ Minsk Qrupu formalaşarkən əslində Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuş, lakin təəssüf ki, baş tutmaməşdı. Ona görə də Rusiaya Federasiyası hazırkı mürəkkəb tarixi mərhələdə onsuz da mürəkkəb hesab edilən Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti daha da gərginləşdirməməli, tam əksinə problemin həllinə məhz indi heç olmadığı qədər yardım etməyə çalışmalıdır. İşğalın davam etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyəti gərginləşdirə biləcək potensiala sahibdir ki, bu da əsla nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu edilən deyil”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

