/ / Hikmət Hacıyev: Azərbaycan ilə Türkiyə “bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır
Hikmət Hacıyev: Azərbaycan ilə Türkiyə “bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır
08.09.2020 [09:57]
Azərbaycan ilə Türkiyə “bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşündə bildirib.
Hikmət Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacağını bildirib.
Dünən olduğu kimi, bu gün də Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” şüarı altında hərəkət etdiyini, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu anlayışı, sadəcə, sözdə deyil, əməldə də dünyaya nümayiş etdirdiklərini deyən Fəxrəddin Altun bütün sahələr üzrə əlaqələrin, o cümlədən beynəlxalq və regional mövzularda iki ölkənin qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. F.Altun ölkələrimiz arasında qardaşlıq əlaqələrinin son illər artan əməkdaşlıq layihələri ilə daha da möhkəmləndiyini bildirib. O, Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığını diqqətə çatdırıb.
Doğru məlumatın sürətlə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasından tutmuş, yalan xəbər və dezinformasiyaya qarşı mübarizəyə qədər geniş bir sahədə Türkiyə ilə Azərbaycan arasında ortaq fəaliyyət göstərəcəklərini söyləyən F.Altun deyib: “Bu nöqtədə Türkiyə-Azərbaycan Media Platforması yaradılması məsələsində razılığa gəldik. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələlərini müzakirə etdik”.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.
Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, Türkiyə tərəfdən isə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin sədr müavinləri Mehmet Zahid Sobacı və Çağatay Özdəmir, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan və digər şəxslər iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim və İstanbuldakı baş konsulu Nərminə Mustafayeva müşayiət edirlər.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

