/ / Elman Məmmədov: Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi kimi şərəfli vəzifəni yerinə yetirən Ali Baş Komandanın və müzəffər ordumuzun yanındadır
Elman Məmmədov: Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi kimi şərəfli vəzifəni yerinə yetirən Ali Baş Komandanın və müzəffər ordumuzun yanındadır
15.10.2020 [08:56]
“Məlum olduğu kimi, Ermənistanın indiki hakimiyyəti son bir ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan sülh danışıqlarını pozmağa yönəlmiş təxribat xarakterli addımlar atıb. İşğalçı Ermənistanın və onun Dağlıq Qarabağda yaratdığı qondarma, kriminal rejimin Azərbaycana qarşı törətdiyi təxribatların ardı-arası kəsilməyib. Düşmənin növbəti təxribatı isə sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı hücumları olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatları başlayıb. Ölkə rəhbərinin bu qətiyyətli qərarını xalqımız yekdilliklə dəstəkləyir”.
Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, xalqımız bu məsələdə həmrəylik nümayiş etdirir: “Vətənimiz üçün belə bir taleyüklü məqamda Ali Baş Komandan İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində yürütdüyü siyasət iqtidar və ya müxalifət mövqeyindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 50 siyasi partiya tərəfindən birmənalı olaraq dəstəklənib. Bu ağır günlərdə bütün ölkə vətəndaşları, o cümlədən QHT və siyasi partiya təmsilçiləri erməni təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın Azərbaycan xalqına müraciətinə birmənalı dəstək verib”.
Hazırkı situasiyada cəmiyyətin birlik və həmrəylik nümayiş etdirməsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin əvvəllərindən başlayaraq siyasi partiyalarla aparılan siyasi dialoq və görüşlərin rolunun əhəmiyyətinə toxunan E.Məmmədov deyib ki, əksər siyasi qüvvələrin ümummilli məqsədlər naminə birləşməsi indiki məqamda ölkəmiz üçün mühüm hadisədir: “50 siyasi partiya Ali Baş Komandanı dəstəkləyən bəyanat verib, keçirilən görüşdə aparılan siyasətə dəstək ifadə olunub. Ali Baş Komandan ətrafında sıx birləşdiyimizi bir daha nümayiş etdirməyimiz Azərbaycanın haqq səsinə biganə qalan bəzi beynəlxalq təşkilatlara və ölkələrə bir mesaj olub”.
“Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident İlham Əliyevin atdığı qətiyyətli addımları dəstəkləyən xalqımızın misli görünməyən birlik göstərməsi qürurvericidir. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi kimi şərəfli vəzifəni yerinə yetirən Ali Baş Komandanın və ordumuzun yanında olduğunu nümayiş etdirir. Qələbəmiz yaxındır. Qarabağ Azərbaycandır!”, - deyə E.Məmmədov bildirib.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

