/ / Anar Eyvazov: Azərbaycan Ordusunun bölmələri növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir
Anar Eyvazov: Azərbaycan Ordusunun bölmələri növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir
27.10.2020 [09:27]
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bölmələri oktyabrın 26-sı saat 08.00-dan qüvvəyə minmiş növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 26-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra - saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bir qədər əvvəl - saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub. Atılan üç raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən zərərsizləşdirilib. Ümumilikdə bu gün ərzində Tərtər daxil olmaqla yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Xocalı rayonunun Çanaqçı kəndinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması, o cümlədən Ordumuza məxsus zərbə pilotsuz uçuş aparatının cəbhə xəttində guya məhv edilməsi barədə düşmən tərəfindən yayılan məlumatlar yalandır. Əksinə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.
“Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət edə bilməsi praktiki cəhətdən mümkün deyil. Nizami ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün döyüşə tam hazır vəziyyətdədir”, - deyə Anar Eyvazov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

