/ / Ceyhun Məmmədov: Bu qələbələri, bu xoşbəxt günləri bizlərə yaşatdığı üçün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna öz təşəkkürümüzü bildiririk
Ceyhun Məmmədov: Bu qələbələri, bu xoşbəxt günləri bizlərə yaşatdığı üçün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna öz təşəkkürümüzü bildiririk
28.10.2020 [08:54]
“Parlamentdə təmsil etdiyim ikinci rayonun - Qubadlı rayonunun da işğaldan azad edilməsi ilə bağlı olduqca sevincliyəm. Bu qələbələri, bu xoşbəxt günləri bizlərə yaşatdığı üçün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna öz təşəkkürümüzü bildiririk. Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizədə göstərdiyi rəşadət qələbələrimizin əsas təkanverici qüvvəsidir. Mən inanıram ki, ölkəmizdəki xalq-iqtidar birliyi Azərbaycanın Dağlıq Qarabağ mübarizəsindəki tam qələbəsini təmin edəcək. Bu gün hər bir Azərbaycan vətəndaşı bu tarixi qələbələri böyük qürur hissi ilə qarşılayır”.
Bunu qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş, Ermənistanın təcavüzkar siyasəti ucbatından məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız əmin olmalıdır ki, Azərbaycan dövləti işğaldan azad edilən rayonlarda həyatı yenidən canlandıracaq və qısa zamanda bu rayonlarda normal yaşayış təmin olunacaq. Artıq bəzi işğaldan azad edilmiş ərazilərimizdə yeni kommunikasiya xəttlərinin çəkilişinə, yeni yolların salınmasına start verildiyini deyən millət vəkili bildirib ki, Azərbaycan hakimiyyəti bununla bağlı böyük iqtisadi layihələr işləyib hazırlayır. “Mən bir millət vəkili olaraq seçicilərimlə hər görüşdə bildirirdim ki, Azərbaycan Prezidentinin apardığı genişmiqyaslı fəaliyyət bizi o torpaqlara qovuşduracaq. Bütün sakinlərimiz buna əmin idilər və inanırdılar ki, o gün uzaqda deyil. Bu gün həmin tarixi an yetişib. Azərbaycan xalqı bir daha Ali Baş Komandanın bütün cəbhələrdə - həm döyüş meydanında, həm də siyasət meydanında nümayiş etdirdiyi peşəkarlığı görür. Bu gün bütün dünya ictimaiyyəti cənab Prezidentimizin müdrikliyini, siyasi dühasını, peşəkarlığını həsədlə izləyir. Ölkə Prezidentinin qətiyyəti, xalqının iradəsini ortaya qoyması bizim tam qələbəmizin təmin edilməsini reallaşdıracaq. Buna hər kəs əmin olsun”, - deyə əlavə edən millət vəkili vurğulayıb ki, Azərbaycan bütün addımlarında beynəlxalq hüququn prinsiplərini əsas götürür.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

