Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qulamhüseyn Əlibəyli: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib, öz dövlətinə və ordusuna dəstək verir

Qulamhüseyn Əlibəyli: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib, öz dövlətinə və ordusuna dəstək verir

24.11.2020 [09:07]

“44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasında Azərbaycanda mövcud olan milli birliyin və həmrəyliyin mühüm rolu olub. Hesab edirəm ki, həm Vətən müharibəsi dövründə, həm də indiki şəraitdə Azərbaycanda bu sahədə unikal vəziyyət hökm sürür. Demək olar ki, bütün siyasi qüvvələr, təşkilatlar, ümumiyyətlə, bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib, öz dövlətinə və ordusuna dəstək verir”.
Bunu “Yeni Azərbaycan”a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Q.Əlibəyli deyib ki, hazırkı şəraitdə Azərbaycanda mövcud olan birliyin və həmrəyliyin bundan sonra da davam etdirilməsi xalqımızın, dövlətimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir: “Məlum olduğu kimi, Ermənistanın təslim olmasını şərtləndirən üçtərəfli bəyanatın müddəaları yerinə yetirilir. Artıq işğalçı qüvvələr Ağdamdan çıxarılıb. Azərbaycan Ordusu 27 ildən sonra rayonun işğal olunmuş ərazilərində öz mövqelərini tutub. Yaxın günlərdə məğlub olan düşmənin öz öhdəliklərini yerinə yetirməsinin, digər işğal altında olan rayonlarımızı da qaytarmasının şahidi olacağıq. İndi bizi qarşıda erməni vandallarının dağıtdığı yurd yerlərimizin bərpası üçün mühüm işlərin görülməsi gözləyir. Azərbaycanın gələcək inkişafının, ərazi bütövlüyünün təmin edilməsi naminə sonrakı prosesdə ciddi uğurlar əldə etmək üçün bundan sonra da milli birlik və həmrəyliyin nümayiş etdirilməsi çox vacibdir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31